AzTehsil.com


Xəbərlər
13 avqust 2021
930


Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanın nəticələri açıqlandı



 

Avqustun 12-də keçirilən Azərbaycan dili fənni (dövlət dili kimi) üzrə imtahanın nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanın nəticələri bu gün DİM-in internet saytında yerləşdirilib.

Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər isə şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtell) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1 138 nəfərdən 226 nəfəri imtahana gəlməyib. İmtahanda abituriyentlərə (şagirdlərə) 30 test tapşırığı təqdim edilir.

Abituriyentlərin (altı rəqəmli iş nömrəsi olanlar) imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Maksimal bal 30 baldır.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 15 və daha yuxarı olduqda "məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

Şagirdlərin (səkkiz rəqəmli iş nömrəsi olanlar) isə imtahan üzrə toplaya biləcəkləri maksimal göstərici 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Şagirdlərin topladıqları bal attestatlarına yazılır.

İmtahanların nəticələrinə əsasən 512 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul” qiymət alıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14-16 avqust tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur.

Bir abituriyentin (şagirdin) ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Apellyasiya prosesi 16 avqustdan etibarən onlayn ("Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) təşkil ediləcək.



Загрузка...
Həmçinin oxuyun:
İmtahanın nəticələri açıqlanıb

İmtahanın nəticələri açıqlanıb

Azərbaycan dili imtahanının nəticələri elan olundu

Azərbaycan dili imtahanının nəticələri elan olundu

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn apellyasiya təşkil ediləcək

DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn apellyasiya təşkil ediləcək

DİM İmtahanların nəticələrini  açıqlayıb

DİM İmtahanların nəticələrini açıqlayıb

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

“Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

“Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

Şagirdlərin nəzərinə: DİM onlayn apellyasiya təşkil edəcək

Şagirdlərin nəzərinə: DİM onlayn apellyasiya təşkil edəcək

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

DİM imtahanların nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

DİM imtahanların nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə!

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə!

Doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

Imtahanın  nəticələri  açıqlandı

Imtahanın nəticələri açıqlandı

Qəbul imtahanlarının nəticələri açıqlandı

Qəbul imtahanlarının nəticələri açıqlandı

Buraxılış imtahanlarının nəticələri ilə bağlı onlayn apelyasiya təşkil ediləcək

Buraxılış imtahanlarının nəticələri ilə bağlı onlayn apelyasiya təşkil ediləcək

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək