Xəbərlər
26 iyun 2021
837


İmtahanın nəticələri açıqlanıb

İmtahanın nəticələri açıqlanıb

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə əvvəlki imtahanda üzrlü səbəbdən iştirak etməyən XI sinif şagirdləri üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçirilib.

Mərkəzdən  bildirilib ki, imtahanın nəticələri bu gün DİM-in internet saytında yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FIN kodundan), abituriyentlər isə "Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtell) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 2432 nəfərdən 157-si imtahana gəlməyib. İmtahanda abituriyentlərə (şagirdlərə) 30 test tapşırığı təqdim edilir. Abituriyentlərin (6 rəqəmli iş nömrəsi olanlar) imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Maksimal bal 30-dur.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 15 və daha yuxarı olduqda "məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

Şagirdlərin (8 rəqəmli iş nömrəsi olanlar) isə imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100-dür. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Şagirdlərin topladıqları bal attestatlarına yazılır.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verən şagirdlərin nəticələri 50 və daha yuxarı bal olduqda "məqbul” hesab olunur və müsabiqəyə buraxılırlar.

İmtahanların nəticələrinə əsasən 1364 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul” qiymət alıb.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun 26-28-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Bir abituriyentin (şagirdin) ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Apellyasiya prosesi iyunun 29-30-da onlayn ("Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) təşkil ediləcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan dili imtahanının nəticələri elan olundu

Azərbaycan dili imtahanının nəticələri elan olundu

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn apellyasiya təşkil ediləcək

DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn apellyasiya təşkil ediləcək

“Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

“Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

Şagirdlərin nəzərinə: DİM onlayn apellyasiya təşkil edəcək

Şagirdlərin nəzərinə: DİM onlayn apellyasiya təşkil edəcək

Azərbaycan dili fənni üzrə ikinci imtahan keçirəcək

Azərbaycan dili fənni üzrə ikinci imtahan keçirəcək

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Imtahanın  nəticələri  açıqlandı

Imtahanın nəticələri açıqlandı

Rus bölməsində oxuyan abituriyentlər üçün imtahan keçirilir

Rus bölməsində oxuyan abituriyentlər üçün imtahan keçirilir

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

DİM imtahanların nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

DİM imtahanların nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə!

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə!

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Buraxılış və qəbul imtahanlarının nəticələri açıqlandı

Buraxılış və qəbul imtahanlarının nəticələri açıqlandı

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ