“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü - FOTO
Dünyaya faydalı ola biləcək layihələrə imza atan gənclər barədə qələmə alınan kitabda azərbaycanlı gənc Reyhan Camalovanın da adı var.
Oxu.Az xəbər verir ki, Tom Adams tərəfindən qələmə alınan "Kids Story” adlanan kitab işıq üzü görüb.
Kitabda müxtəlif ölkələrdə olan uşaqlar və onların hazırladığı maraqlı layihələr barədə məlumatlar qeyd edilib. Onlar arasında gənc ixtiraçı Reyhan Camalovanın da adı var. R.Camalova Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edib. Müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu - "Rainergy” qurğusunun hazırlayan azərbaycanlı Reyhan Camalova barədə kitabda məlumat və karikaturalar əks olunub.
Bununla bağlı fikirlərini bölüşən Reyhan Camalova kitab barədə öyrəndiyində təəccübləndiyini deyir:
"Bu yazı dünya çapında ən ilhamverici və gördükləri işlərlə dünyaya faydalı olan və olmağa çalışan 50 uşaq haqqında yazılan kitaba daxil edilmiş hekayələrdən biri idi. Kitab mənə çox maraqlı gəldi və Amazondan bu kitabı sifariş verdim. Bu gün kitab mənə çatdı. Həqiqətən də, gözəl kitabdır və Azərbaycanın adının bu kitabda yer alması, dünya uşaqlarının ilhamlandırılmasına ünvanlanan bu kitabda mənim də adımın olması çox fərqli hislər yaşatdı mənə. İnanıram ki, gələcək illərdə görəcəyim işlərlə cəmiyyətə daha da faydalı olaraq mənə göstərilən bu etimadı doğruldacağam”.
Qeyd edək ki, Reyhan Camalova gələcəkdə tanınmış elm adamı olaraq "Nobel” mükafatı qazanmaq istəyir.
Reyhan Camalova dünya üzrə seçilmiş 15 nəfərdən biri olub
Azərbaycanlı gənc ixtiraçı məşhur şirkətin təqaüdçüsü seçilib
İxtiraçı şagirdlə müqavilə imzalandı
Trampın qızını təəccübləndirən Reyhana vəzifə verildi
Prezidentin qızını heyran edən Reyhan kimdir?
Reyhan Camalova təhsil alacağı məşhur universiteti AÇIQLADI
İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə
Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub
Ürəyi güvvətləndirir, böyrəkləri təmizləyir...
“Cəmiyyət, şəxsiyyət, təhsil, din” kitabı işıq üzü gördü.
Azərbaycanlı fenomendən fenomenal kitab
Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz
Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”
Məktəbli ixtiraçılar
Kitab üzərindən açılan dünya...
Rəfiqələrin ittifaqı BÖYÜYÜR – İcra başçısı Abşeron Təhsil İdarəsinə qudasını GƏTİRİR - ÖZƏL
Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO
Gündə iki yarpağını yemək kifayətdir – REYHANIN 6 FAYDASI
Kitab təqdimatı keçirilib -FOTO
“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində
Zamanın tələbi: “Həmkara dəstək”
9 yaşlı Fatimənin kitabı ABŞ-da nəşr olundu
Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək
Azərbaycanlı tələbə universitetdə bölüm birincisi olub və qızıl medala layiq görülüb