Xəbərlər
30 iyul 2021

Sabah Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı keçiriləcək

Sabah Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı keçiriləcək

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 31-də Dövlət Sosial Müdafiə Fonduna (DSMF) işə qəbul imtahanı keçiriləcək.

Bu barədə  DİM-dən məlumat verilib. Bildirilib ki, pandemiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İmtahan saat 10:00-da başlanır və 3 saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

DSMF-yə işə qəbul imtahanının keçirilməsi üçün 7 bina, 128 zal, 7 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 165 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb. Namizədlərin qeydiyyatı Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 1777 nəfərin namizədliyi qeydə alınıb.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi namizədin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli.

İmtahan iştirakçıları daha ətraflı məlumatla "Namizədin yaddaş kitabçası”nda tanış ola bilərlər.


Загрузка...
loading...

Həmçinin oxuyun:
19 mindən çox abituriyent I ixtisas qrupu üzrə qəbul imtahanı verəcək

19 mindən çox abituriyent I ixtisas qrupu üzrə qəbul imtahanı verəcək

I və IV ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərin sayı açıqlandı

I və IV ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərin sayı açıqlandı

DİM iyulun 27-28-də qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib

DİM iyulun 27-28-də qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib

DİM SABAH qruplarına seçim müsabiqəsinə test imtahanı keçirəcək

DİM SABAH qruplarına seçim müsabiqəsinə test imtahanı keçirəcək

14 və ya 15 iyul tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!

14 və ya 15 iyul tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!

Rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları başa çatdı – YENİLƏNİB

Rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları başa çatdı – YENİLƏNİB

Növbəti buraxılış imtahanı keçirilir

Növbəti buraxılış imtahanı keçirilir

Sabah 24 minədək doqquzuncu sinif şagirdi buraxılış imtahanı verəcək

Sabah 24 minədək doqquzuncu sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 22 mindən çox doqquzuncu sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 22 mindən çox doqquzuncu sinif şagirdi buraxılış imtahanı verəcək

29 şəhər və rayonda imtahanlar keçiriləcək

29 şəhər və rayonda imtahanlar keçiriləcək

Magistraturaya imtahan verəcək şəxslərin sayı AÇIQLANDI

Magistraturaya imtahan verəcək şəxslərin sayı AÇIQLANDI

Növbəti buraxılış imtahanı keçirilir

Növbəti buraxılış imtahanı keçirilir

13 minədək şagird buraxılış imtahanı verəcək

13 minədək şagird buraxılış imtahanı verəcək

DİM buraxılış imtahanı keçirir

DİM buraxılış imtahanı keçirir

25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilir

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilir

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı keçiriləcək

1000-dən çox namizəd dövlət qulluğuna qəbul üçün test imtahanı verəcək

1000-dən çox namizəd dövlət qulluğuna qəbul üçün test imtahanı verəcək

Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər

Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR