Xəbərlər
27 iyul 2021
870


ADA-nın “Yay düşərgəsi” “Azercell”də!

 

Lider mobil operator məktəbliləri rəqəmsal fəaliyyəti ilə tanış etdi

Ənənəvi olaraq ADA Universiteti tərəfindən yay mövsümü ərzində ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil olunan "Yay düşərgəsi” proqramı bu dəfə "İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində "Azercell Telekom” MMC-yə səfər etdi. Məktəblilər ilk olaraq ən böyük "Azercell” Müştəri Xidmətləri Mərkəzində (Bəsti Bağırova küçəsi, 2) qonaq olub, ön masa arxasında "Azercell” əməkdaşlarının işini canlı olaraq izləyiblər. Onlar "Azercell”də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, ön masa əməkdaşlarının abunəçilərin suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.

Daha sonra "Azercell” şirkətinin baş ofisini ziyarət edən düşərgə iştirakçılarına şəbəkə texnologiyaları ilə bağlı məlumatlar verilib. "Azercell”in ekspertləri tərəfindən mobil texnologiyaların növbəti inkişaf meylləri, əşyaların interneti, ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlar keçirilib. Təqdimatlardan sonra məktəblilər üçün viktorinalar təşkil edilib və "Azercell” tərəfindən hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, "Azercell” şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.

Azərbaycanda təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük önəm verən "Azercell”, həm də, istedadlı şagirdlərin informatika üzrə beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyir. Şirkət xüsusi qayğıya ehtiyacı olan 1000-dən çox uşağa "Busuu” dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edib. Bundan əlavə, "Azercell” şirkəti paytaxt və regionlarda "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideynlər üçün təlimlər də təşkil edib. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi "Azercell”i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65 % təşkil edir. "Azercell” ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının "İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq "Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, "Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Mobil operator "Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

"Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı məktəblilərin beynəlxalq olimpiadada uğurları

Azərbaycanlı məktəblilərin beynəlxalq olimpiadada uğurları

“Azercell”in dəstəyilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə 5 ayda 2 mindən çox müraciət daxil olub

“Azercell”in dəstəyilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə 5 ayda 2 mindən çox müraciət daxil olub

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

SABAH tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub

SABAH tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub

İnformatika Olimpiadasının qalibləri belə mükafatlandırıldı

İnformatika Olimpiadasının qalibləri belə mükafatlandırıldı

“Azercell”dən  tələbələrə dəstək

“Azercell”dən tələbələrə dəstək

“Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunda maarifləndirici seminarlar

“Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunda maarifləndirici seminarlar

Bu şəxslər pulsuz internetlə təmin oluna bilər — RƏSMİ AÇIQLAMA

Bu şəxslər pulsuz internetlə təmin oluna bilər — RƏSMİ AÇIQLAMA

Şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi ilə müraciət ünvanlanıb – Cəsarət Valehov

Şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi ilə müraciət ünvanlanıb – Cəsarət Valehov

31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

"Azercell"in internet paketi müəllimlərin narazılığına səbəb oldu

"Azercell"in internet paketi müəllimlərin narazılığına səbəb oldu

Ötən il uşaqlarla bağlı 3424 müraciət edilib -Psixoloji, təhsil, hüquqi...

Ötən il uşaqlarla bağlı 3424 müraciət edilib -Psixoloji, təhsil, hüquqi...

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Sınaq imtahanının nəticələri açıqlanıb

Sınaq imtahanının nəticələri açıqlanıb

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Sınaq imtahanının nəticələri  elan edilib.

Sınaq imtahanının nəticələri elan edilib.

“Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib

“Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Daha bir beynəlxalq nailiyyət

Daha bir beynəlxalq nailiyyət

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur