Firudin Qurbanov: “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək
2021-2022-ci tədris ilində Təhsil Nazirliyinin informatika fənninin yeni formatda tədrisi üzrə "Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək. Layihə 16 şəhər və rayonda 250 məktəbi əhatə edəcək.
Bunu təhsil nazirinin müavini Firudin Qurbanov 2020-2021-ci tədris ilinin yekunlarına əsasən "Rəqəmsal bacarıqlar” layihəsi üzrə hesabat tədbirində deyib. O bildirib ki, növbəti tədris ilində layihəyə 190 min şagird 1500 müəllim cəld olunacaq.
Xatırladaq ki, 2020-2021-ci tədris ilində "Rəqəmsal bacarıqlar” layihəsi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 120 minədək şagirdi əhatə edib.