AzTehsil.com


Xəbərlər / Valideyn / Səhiyyə
16 iyul 2021
1 338


Uşaqları koronavirusdan necə qorumalı?



Uşaqları koronavirusdan necə qorumalı?

 

Uşaqların dünyanı cənginə alan koronovirusa yoluxma riskinin az olması və ya onların koronavirus xəstəliyini yüngül keçirməsi haqda mülahizələr var.

Ancaq deyilənlərin əksinə olaraq son günlər dünyanın müxtəlif ölkələrində virusa yoluxan uşaqların sayında artım müşahidə olunur. Ölüm hallarına da rast gəlinib. Koronavirusa yoluxan uşaqların sayının artması valideynlərin daha da təlaşlanmasına səbəb olub. Hər kəsi bir sual maraqlandırır, uşaqları təhlükəli virusdan necə qoruyaq?

UŞAQLAR TƏHLÜKƏDƏ

Ölkənin tanınmış Uzman pediatrlarından olan Əli Quliyev deyir ki, son dövrlər koronavirus digər virus infeksiyaları kimi uşaqlara təsirsiz ötüşməyib: "Uşaqlar da ona yoluxa da, hətta ölə də bilər. Dünyada bir neçə ölkədə artıq bu virusdan uşaq ölümü baş verib. Bu onu göstərir ki, uşaqlar da bundan sığortalanmayıblar. Bədəndə immunitet güclü olmalıdır ki, orqanizm xəstəliyə qarşı müqavimət göstərə bilsin. Əgər uşaqda anadangəlmə immunodefisit varsa, biz bunu hec cürə qaldıra bilmərik. İmmunodefisit genetikdir və bu zaman uşağın müxtəlif infeksiyalara qarşı müqaviməti zəif olur.  Bu uşaqların qəti şəkildə xəstələrlə kontaktı olmamalıdır. Hazırda hərarəti olan hər bir uşağa görə təcili yardım çağırılmalı, yaxma götürülməlidir”.

UŞAĞIN İMMUN SİSTEMİNİ NECƏ GÜCLƏNDİRMƏLİ

Ə.Quliyevin sözlərinə görə, immun sistemi körpə doğulduğu gündən formalaşmağa başlayır. 5 yaşına qədər olan uşaqlar ətrafdakı infeksiyalara qarşı daha həssas olurlar. Daha tez-tez xəstələnirlər və bu müddət uzun sürə bilər. Xüsusilə də bağça yaşlı uşaqlar viruslara qarşı daha həssasdırlar. Əslində bu, normaldır. Uşaq xəstələnir və orqanizm buna öyrəşərək xəstəliyə qarşı immuntet yaranır. "Təəssüf ki, bu gün dünyada immun sistemini qüvvətləndirən dərman tapılmayıb. Ümumiyyətlə, immun sisteminə müdaxilə etmək olmaz. Çünki immuntet çox güclənərsə, bu dəfə orqanizm özünə zərər verməyə başlayar. Məsələn, "revmatizma” və ya xərçəng xəstəliyi kimi. İnsanda immun sistemi öz-özünə itir və bədənə zərər verməyə başlayır. Hüceyrələr immun sisteminin nəzarətindən çıxır. Birini gücləndirmək istəyəndə başqasına zərər verir. Buna görə də dünyada immun sistemini gücləndirəcək dərman yoxdur. İmmunteti qaldırmaq üçün təyin edilən dərmanların isə bədənə heç bir faydası yoxdur.Bununla bağlı uşaqlara yalnız təbii qidalarla yardım edə bilərik. Məsələn, uşaq həftədə üç dəfə ət, yumurta, süd və süd məhsulları yeməlidir, göyərti isə mədə-bağırsaq üçün çox önəmlidir. Ayda 3-4 dəfə balıqla qidalanmalıdır. C vitamini immun sistemi üçün çox önəmli bir vitamindir. Mümkün qədər uşaqın C vitamini ilə zəngin qidalarla, meyvələrlə qidalanması mütləqdir. Uşaqların sağlam qidalanmasına mütləq diqqət olunmalıdır. Şəkərdən az istifadə edilməsinə çalışılmalı, buğda, un məmulatları çox az verilməlidir. Bol tərəvəz, xüsusən də tərkibində vitamin C olan meyvələrlə qidalanmasına diqqət olunmalıdır. Vitamin C o demək deyil ki, uşaq bir dəfəyə 3 portağal yeməlidir, bu, allergiyanın yaranmasına səbəb ola bilər. Vitamin C yalnız portağal, naringidə deyil, almada da var. Uşaqları konservant qidalardan uzaq tutmaq məsləhətdir. Qidalanması zəif olan uşaqlara isə vitamin vermək yetərli deyil. Valideynlər uşağı yedirməyin yolunu tapmalıdır”.

HAVA QƏBULU MÜTLƏQDİR

Pediatr immunitet üçün daha vacib olan bir amili də nəzərə çatdırıb: "Uşaqları həyətə çıxarmaq mütləqdir. Evdə qalmaq uşaqlarda aqressivlik yaradır. Ancaq hazırda virusla əlaqədar olaraq bunu etmək mümükün olmasa da bina evində yaşayanlar eyvanlarda, həyət evində qalanlar isə həyətdə hava qəbul edə bilərlər. Çünki qapalı mühitdə qalmaq özü də immuniteti zəiflədir. Havasızlıq anemiyaya gətirib çıxarır. Ruhsal olaraq darıxmaq da immunitetin zəifləməsinə gətirə bilir”.

UŞAĞIN GİGİYENASINA XÜSUSİ DİQQƏT EDİLMƏLİ

Pediatrın dediyinə görə, immun sisteminə diqqət edərkən bağırsaq florasını da qorumaq lazımdır: "Hərarət qalxan kimi antibiotik vermək olmaz. Antibiotik virusun yarada biləcəyi fəsadları  tezləşdirir, immuniteti zəiflədir. Bağırsaq florasını möhkəmləndirmək üçün azyaşlılara əsasən qatıq, kələm vermək lazımdır, çünki bunlar təbii probiotiklərdir. Polivitaminlərdən istifadə etməsinlər.  Düzdür, sink qəbulu lazımdır.  Sink immuniteti gücləndirir. Bu da əsasən, noxud, lobya, quru meyvələr, badam, qoz və fındıqda var. Bəzən valideynlər immuniteti gücləndirmək üçün uşaqlara balıq yağı verirlər, amma mən bunu məsləhət görmürəm. Yəni balıq yağındansa, Sink, vitamin C və tərkibində  probiotiklər olan qidalara üstünlük vermək daha məqsəduyğundur. Vitaminlər yalnız hər hansı xəstəliyi olan, vitamin çatışmazlığından əziyyət çəkən, hipovitaminoz vəziyyəti olan uşaqlara həkim təyinatı ilə verilir”.

Həkim əlavə edib ki, bu dönəmdə uşağın şəxsi gigiyenasına xüsusi olaraq diqqət edilməlidir. Əllər tez-tez sabunla yuyulmalı, dezinfeksiyaedici məhlullarla silinməlidir. Otaqların havası tez-tez dəyişilməlidir.   Böyüklər yalnız əllərini, üzlərini yuduqdan  sonra uşaqlara yaxınlaşmalıdır. Mümkün qədər uşaqların az insanla ünsiyyətinə çalışılmalıdır.



Загрузка...
Həmçinin oxuyun:
Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Zəif immun sisteminin ƏLAMƏTLƏRİ

Zəif immun sisteminin ƏLAMƏTLƏRİ

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

Övladınızın immun sistemini necə gücləndirə bilərsiniz?

Övladınızın immun sistemini necə gücləndirə bilərsiniz?

D vitamini və koronavirus - Azərbaycanlı həkimdən TÖVSİYƏLƏR

D vitamini və koronavirus - Azərbaycanlı həkimdən TÖVSİYƏLƏR

Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM

Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM

İmmuniteti necə gücləndirməli ?

İmmuniteti necə gücləndirməli ?

İmmuniteti necə gücləndirmək olar?

İmmuniteti necə gücləndirmək olar?

Xərçəng hüceyrələrinin inkişafını ləngidən tərəvəz

Xərçəng hüceyrələrinin inkişafını ləngidən tərəvəz

Payızda immunitetimizi gücləndirmək üçün hansı qidalardan istifadə etməliyik?

Payızda immunitetimizi gücləndirmək üçün hansı qidalardan istifadə etməliyik?

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət edib

Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət edib

Koronavirusdan qorunmaq üçün 5 MƏHSUL. Diyetoloq tövsiyyə edir

Koronavirusdan qorunmaq üçün 5 MƏHSUL. Diyetoloq tövsiyyə edir

İmmunitetin zəiflənməsinin 3 TƏƏCCÜBLÜ SƏBƏBİ

İmmunitetin zəiflənməsinin 3 TƏƏCCÜBLÜ SƏBƏBİ

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

İmmuniteti artıran qidalar

İmmuniteti artıran qidalar

Sizi qripdən xilas edəcək təbii dərman

Sizi qripdən xilas edəcək təbii dərman

Uşaqları virusdan necə qorumalı? Pediatr izah edir

Uşaqları virusdan necə qorumalı? Pediatr izah edir

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”