AzTehsil.com


Xəbərlər / Şagird
05 iyul 2021
3 828


İmtahanların başlama vaxtı dəyişdirildi: DİM-dən XƏBƏRDARLIQ



İmtahanların başlama vaxtı dəyişdirildi: DİM-dən XƏBƏRDARLIQ

 

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanları (o cümlədən iyulun 10-da keçiriləcək SABAH qruplarına qəbul imtahanı) isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasında olmalıdırlar. "İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan bir həftə öncə mərkəzin saytına yerləşdirilir.

Abituriyentlərə özləri ilə şəffaf plastik qabda qazsız su da gətirmələri tövsiyə olunur.



Загрузка...