AzTehsil.com
RU


Xəbərlər / Səhiyyə
20 iyun 2021
998


İnfarkt riskini azaldan amillər - təhsil, maaş, ailə...



İnfarkt riskini azaldan amillər - təhsil, maaş, ailə...

 

"European Journal of Preventive Cardiology"adlı jurnalda bir məqalə yayımlandı.

Tədqiqat İsveç, Stokholm, Karolinska İnstitutunda aparılmışdır. Məqsəd bir dəfə ürək infarktı keçirənlərdə ikinci dəfə infarkt keçirilməsinə səbəb olan faktorları ortaya qoymaq olmuşdur.

Tədqiqat 1 il əvvəl infarkt keçirmiş 29 226 qadın və kişi üzərində aparılmışdır. Ortalama 4,1 il həkim nəzarətindən sonra iştirakçıların 2284 nəfəri (7,8%-i) ikinci dəfə infarkt, ya da insult keçirmişdir. Araşdırıb baxanda məlum olmuşdur ki;
 
1) boşanmış pasientlər boşanmamışlara nisbətən 18% çox,

2) maaşı yaxşı olanlar kasıblara nəzərən 35% daha az,
 
3) ali təhsillilər natamam orta təhsillilərə nisbətən 14% daha az infarkt, ya da insult keçirib. Yəni sadələşdirilmiş dillə desək, infarkt və insult riskini nəzərə alanda yaxşı maaşlı, ali təhsilli və evli olanlar şanslıdır.

Əvvəllər də bənzər tədqiqatlar aparılıb, bənzər nəticələr əldə edilmişdi. Yeni tədqiqatla eyni nəticələrin bir daha təsdiq olunmağı, təsadüfi olmadığını sübuta yetirir. Nəticə məntiqlidir. Boşanmaq emosional stresdir. Stresin də ürəyə, beyinə zərərli olduğunu bilirik. Tibb sürətlə inkişaf edir və mürəkkəbləşir. Xəstələrin tibbi prosedurları, müalicələri, xəstəliyin mexanizmasını qavramaqları çətinləşir. Ömür uzandıqca xronik xəstəliklər çoxalır. O xəstəliklər ki, ömür boyu dərman müalicəsi, özünə müntəzəm qulluq, diqqət tələb edir. Əks halda uzun vədədə nailiyyət əldə etmək mümkün deyil.

Yuxarıdakı tədqiqatda ali təhsil deməklə, əslində, vurğulanmaq istənən şey bilikdir, savaddır.  

Tədqiqatda gəlir səviyyəsi də vurğulanmışdır. Gözlənildiyi kimi kasıb təbəqə maddi səbəblərdən ötrü həkimə müntəzəm gedə bilməyəcək, tibbi əməliyyatlardan, prosedurlardan imtina edəcək, yaxud gecikdirəcək, keyfiyyətli dərman ala bilməyəcək və s.

 



Загрузка...