AzTehsil.com


Xəbərlər
18 iyun 2021
991


2020-2021-ci tədris ili rəqəmlərdə



2020-2021-ci tədris ili rəqəmlərdə

 

Məktəbəqədər və ümumi təhsil

166 minədək uşaq birinci sinfə gedib

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib.

Ölkə üzrə 106 min 580 uşaq məktəbəhazırlığa cəlb edilib

2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunda 106 580 nəfər uşaq təhsilə cəlb edilib.

İcma əsaslı məktəbəqədər təhsil qrupları

2020-2021-ci tədris ilində ölkə üzrə 50 şəhər və rayonda təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 10 minə yaxın 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib

2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 30 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.

339 adda 7233214 nüsxə dərslik və metodik vəsait

2020-2021-ci tədris ilində ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə dərslik və metodik vəsait çap edilib. 2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif "Azərbaycan dili (tədris dili)”, I sinif "Riyaziyyat”, I sinif "Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan” Nəşriyyatının "İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı "Happy Campers” dərsliyi də var.

"Dərs vaxtı”nın 9548-ci buraxılışı efirə gedib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş” telekanallarında yayımlanan "Dərs vaxtı” verilişinin 2020-2021-ci tədris ilində 9548-ci buraxılışı efirə gedib.

"Virtual məktəb” – Ən iri milli platforma

2020-2021-ci tədris ilinin sonlarına doğru platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 128 186, aktiv istifadəçi sayı 1 123 126 təşkil edib.

"Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi genişləndirilib

2020-2021-ci tədris ilində Təhsil Nazirliyinin "İnformatika” fənninin yeni formatda tədrisi üzrə "Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilib. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 120 minədək şagirdi əhatə edir.

Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə

2020-2021-ci tədris ilində Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 3 qızıl, 12 gümüş, 29 bürünc medal və 9 həvəsləndirici mükafat olmaqla ümumilikdə 44 medal əldə ediblər.

5345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul hüququ qazanıb

2020-2021-ci tədris ili üzrə 8899 namizəd ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunub. Namizədlər üçün təşkil olunan onlayn müsahibələrdə 5345 nəfər uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.

Məktəbdənkənar fəaliyyət

2020-2021-ci tədris ili ərzində məktəbdənkənar fəaliyyət üzrə keçirilən tədbirlərdə 200 mindən artıq şagird iştirak edib.

Təhsil Nazirliyinin tabeliyində olan uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri milli yığmanın tərkibində beynəlxalq yarışlarda uğurla çıxış edərək Avropa çempionat və birinciliklərində 2 qızıl, 3 gümüş və 5 bürünc medal, dünya miqyaslı yarışlarda 2 gümüş və 5 bürünc medal qazanıb.

Peşə təhsili

Peşə təhsili müəssisələrinə qəbul

2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb. 14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.

Elektron qəbul prosesi

2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq elektron qaydada iki mərhələli şəkildə aparılıb. Elektron müraciətlər http://qebul.vet.edu.az/ saytı üzərindən ünvanlanıb.

 

Peşə ixtisası üzrə dərsliklər elektron formatda

Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.

 Müəllimlərin işə qəbulu elektron qaydada təşkil olunub

İlk dəfə olaraq, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu elektron qaydada https://portal.edu.az/ elektron müraciət portalı üzərindən baş tutub. Qəbul ümumtəhsil fənn müəllimi, ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyaları üzrə aparılıb.

3 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusunda

2020-2021-ci il tədris ili ərzində daha 3 peşə təhsil müəssisəsi – Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Dəmir yolu və metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzləri publik hüquqi şəxs statusu qazanıb.

 

Direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulu

2020-2021-ci tədris ilində ilk dəfə olaraq peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə 3 mərhələdə  həyata keçirilib. Müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron müraciət portalı üzərindən aparılıb.

 Peşə təhsili üzrə 380 teledərs

2020-2021-ci tədris ilində peşə təhsil pilləsində tədrisin fasiləsizliyinin təmin olunmasını, həmçinin distant (məsafədən) tədris prosesinin təşkilində rol oynayan əsas dəstəkləyici alət – teledərslər olub. Cari tədris ilində ixtisas və baza modulları üzrə ümumilikdə 380 teledərs çəkilib.

Ali təhsil və elm

Xaricdə doktorantura proqramı

"2019-2023 Dövlət Proqramı” çərçivəsində 2020 – 2021-ci tədris ili üzrə 52 doktorant prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına dünyanın top 500 universitetində təhsil almaq hüququ qazanıb.

İkili diplom proqramları

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hazırda 3 beynəlxalq ikili diplom proqramı təsis olunub və həyata keçirilməkdədir.

2020 – 2021-ci tədris ili üzrə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsil və insan kapitalı inkişafı” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı, ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin "Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı, Cənubi Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı həyata keçirilib. Hazırda növbəti tədris ili üçün BMU – İnha ikili diplom proqramına mühəndislik ixtisasları üzrə qəbula start verilib, ADA-CVU və ADPU –CVU ikili diplom proqramlarında qəbul yekunlaşıb.

234 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

2020-2021-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 5, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 234 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

89 ölkədən 6500-ə yaxın əcnəbi tələbə

2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.

Tələbələrin köçürülməsinin nəticələri

Transfer.edu.az portalına müraciət edən 2 721 nəfərdən 1 856 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 856 nəfərdən 1 777-ni bakalavriatura, 20-ni magistratura səviyyəsi üzrə, 59-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

760 SABAH tələbəsi məzunu

2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb. 805 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb. 2021-ci ildə 760 SABAH tələbəsi məzun olacaq.



Загрузка...
Həmçinin oxuyun:
Ötən il birinci siniflərə qəbul edilən uşaqların sayı bilindi

Ötən il birinci siniflərə qəbul edilən uşaqların sayı bilindi

Peşə təhsili almaq istəyənlərin sayında artım olub

Peşə təhsili almaq istəyənlərin sayında artım olub

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Mühəndislik ixtisasları üzrə ikili diplom proqramına növbəti qəbula start verilir

Mühəndislik ixtisasları üzrə ikili diplom proqramına növbəti qəbula start verilir

5 mindən çox müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul hüququ qazanıb

5 mindən çox müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul hüququ qazanıb

Təhsil statistikası - 2019

Təhsil statistikası - 2019

Yeni tədris ili üçün çap ediləcək dərsliklərin sayı açıqlandı

Yeni tədris ili üçün çap ediləcək dərsliklərin sayı açıqlandı

Peşə ixtisası üzrə dərsliklər artıq elektron formatda

Peşə ixtisası üzrə dərsliklər artıq elektron formatda

Beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya

Beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Peşə təhsili üzrə tələbə olmaq istəyənlərin sayı açıqlandı

Peşə təhsili üzrə tələbə olmaq istəyənlərin sayı açıqlandı

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Təhsil ixtisası üzrə ikili diplom proqramı

İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir

İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə

Peşə məktəblərinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbuluna başlanılır

Peşə məktəblərinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbuluna başlanılır

Müddətsiz əmək müqaviləsi hüququ qazanan müəllimlərin sayı açıqlanıb

Müddətsiz əmək müqaviləsi hüququ qazanan müəllimlərin sayı açıqlanıb

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

164 mindən çox şagird I sinfə gedir

164 mindən çox şagird I sinfə gedir

Peşə məktəblərinə qəbul şərtləri yaxın günlərdə açıqlanacaq

Peşə məktəblərinə qəbul şərtləri yaxın günlərdə açıqlanacaq

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır