AzTehsil.com


Xəbərlər / Səhiyyə
17 iyun 2021
1 397


Operativ Qərargah yeni qərar QƏBUL ETDİ



 

İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

"Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan Respublikasının ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilir:

– ABŞ

– Bəhreyn

– Birləşmiş Ərəb Əmirlikləri

– Böyük Britaniya

– İsrail

– Macarıstan

– Qətər

Qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:

– yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

– 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır”, – deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Türkiyə və Rusiya vətəndaşlarının səfərlərinə icazə verilmişdi.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycana giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı

Azərbaycana giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Nazirlər Kabineti qərar qəbul etdi: Karantin müddəti uzadıldı

Nazirlər Kabineti qərar qəbul etdi: Karantin müddəti uzadıldı

DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Türkiyə və Azərbaycan arasında pasport rejiminin ləğv edilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyə və Azərbaycan arasında pasport rejiminin ləğv edilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı

Bakı məktəbində “Son zəng” sinif otağında keçirilib? - AÇIQLAMA

Bakı məktəbində “Son zəng” sinif otağında keçirilib? - AÇIQLAMA

Həftəsonu yenidən karantin olacaq – Rəsmi

Həftəsonu yenidən karantin olacaq – Rəsmi

Azərbaycanda karantin rejimi yenidın yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ

Azərbaycanda karantin rejimi yenidın yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ

Ölkədə karantin rejimi uzadıldı - RƏSMİ

Ölkədə karantin rejimi uzadıldı - RƏSMİ

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

COVID-19 pasportunu almaqla bağlı ən çox verilən suala RƏSMİ CAVAB

COVID-19 pasportunu almaqla bağlı ən çox verilən suala RƏSMİ CAVAB

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

1 fevraldan bu sahələrin fəaliyyətinə icazə veriləcək – AÇIQLAMA

1 fevraldan bu sahələrin fəaliyyətinə icazə veriləcək – AÇIQLAMA

Azərbaycanda 18 yaşına çatmış hər şəxsin vaksinasiyası başlayır - RƏSMİ

Azərbaycanda 18 yaşına çatmış hər şəxsin vaksinasiyası başlayır - RƏSMİ

40 yaşdan yuxarı şəxslərin nəzərinə

40 yaşdan yuxarı şəxslərin nəzərinə

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Tətil müddəti uzadılacaq? – Təhsil nazirindən cavab

Tətil müddəti uzadılacaq? – Təhsil nazirindən cavab

Azərbaycanda SMS-icazə ləğv edilir - RƏSMİ

Azərbaycanda SMS-icazə ləğv edilir - RƏSMİ

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi – RƏSMİ

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi – RƏSMİ