Şəhərini və Qəhrəmanı tanıt
Təşkilati dəstək.
Təhsil forumu 2021 rəhbəri Emil Tağızadə.
Xəbər media group şirkətinin rəhbəri Etibar Toğrul
Əsgərə xatirə kitab layihəsinin rəhbəri Nuranə Şıxılıyevanın dəstəyi ilə həyata keçirilən" Şəhərini və Qəhrəmanını tanıt "layihəsindən danışmaq istərdik.Bir ay əvvəl online şəkildə start verilmiş layihə İkinci Qarabağ müharibəsinin qəhrəmanlarına həsr olunmuşdu.İştirakçılarımız yaşadığı ərazinin qəhrəmanı haqqında video-rolik hazırlayıb bizlərə təqdim etdilər.Həmin videolar "Təhsil forumu 2021"yotube kanalında yayımlandı.Beləliklə layihədə 50 rayon və şəhərin məktəbi iştirak etdi .Gədəbəy,Gəncə Bakı Sumqayıt,Ağsu,Kürdəmir,Şamaxı,Zərdab və.s kimi şəhərlərimizdən iştirakçılarımız oldu.Həmin şəhər və rayon bir birlərinin qəhrəmanlarından xəbərsiz idilərsə artıq həminmqəhrəmanlarımız haqqında geniş məlumat əldə etdilər.Həmin videoların bəyənmə və baxış sayı 2000 keçmişdi.
Artıq buna istinaddemək mümkündür ki,layihə məqsədinənail olmuşduq.Artıq həmin qəhrəmanlarımız haqqında məlumat geniş kütlələrə yayılmışdı.Layihədə şagirdləri həvəsləndirmək üçün hədiyyələr "Əsgərə kitab"layihəsi tərəfindən təqdim olundu.Maarifləndirici görüşlərdən biri Ağsu rayonun mərkəzi məktəblərindən biri olan Aslan Nadirov adına olan 1 nömrəli məktəb -liseyində baş tutdu.Məktəbin direktoru Sənan Nemətov məktəbinin qapılarını Qazilərimiz şagirdlərin görüşü üçün açdı.Görüşümüzün əsas məqsədlərindən biri müharibə iştirakçılarına, qazi ,şəhid ailələrinə mənəvi dəstək olmaq idi.Online görüşümüzdə şəhid ailələrimizidə dəvət edirdik ki,gələcək nəslimiz həmin qəhrəmanlarımızı tanısınlar və onlar haqqında öyrənsinlər.Görüşə ilk olaraq Şəhidlərin ruhunun uca tututmaq üçün onları yad edərək başlandı.Açılışı Masallı rayonundan qonaq gələn İkinci Qarabağ müharibəsində baş leytenat,tağım komandiri kimi fəaliyyət göstərən tarix müəllimi Ceyhun Qurbanov başladı ilk öncə Şəhərini və Qəhrəmanı tanıt layihəsinin məqsədi haqqında danışdı.Məqsədimizin adını eşidib haqqında məlumat bilmədiyimiz qəhrəmanları daha çox kütləyə çatdırmaq onlar haqqında məlumat yayılmağını təmin etmək olduğunu bildirdi.
Ceyhun Qurbanov öz döyüş xatirələrini tədbir iştirakçıları ile bölüşdü.Bu qələbənin 44 günə ve bu qədər qətiyyətli olmasının səbəbini millətimiz her bir nümayendəsinin həqiqətən dəmir yumruq kimi ali baş komandamızın ətrafında birləşməsində ve millətmiz vətəni torpağını sevməsinde gördüyünü tədbir iştirakçıları ile bölüşdü.
Ağsu rayonunun hərbi müəllimi Elnur Heydərov və Şahin Səfərov şagirdlərimizlə vətənpərvərlik haqqında maarifləndirici söhbətə geniş yer verdilər.Döyüş yolları haqqında ,illər sonra ayaq basdığları Qarabağımız haqqında təsuratlarını şagirdlərlə bölüşdülər.Şagirdləri maraqlandıran suallara cavab verdilər.Görüşdə Şəhərini və Qəhrəmanı tanıt layihəsində yer tutmuş həmin məktəbin 8 ci sinif şagirdinində hədiyyələri təqdim olundu.Son olaraq Ağsu rayonun Təhsil Şöbə müdiri Aqil Quliyevin çıxış edərək.Qazilərimizə təşəkkür bildirdi.Qarabağın tarixi haqqında geniş məlumat tədbir iştirakçılarına çatdırdı..Tədbride tədbirin təşkılatçılarından gənc müəllimlərdən olan Xalıqova Gülnarə müəllimə bu kimi tədbirlərin davamlı olacağını və şagirdlərin bu işdə əsas iştirakçi olaçağını səsləndirdi.Hər zaman qazilərimizlə görüş keçiriləcəyini .Şəhid ailələrini şagirdlərlə birgə ziyarət olunacağını bildirdi.Tədbirin sonunda şagirdlərlə və məktəbin müəllim kollektivi,qonaqlarla məktəbin adını daşıdığı Birinci Qarabağ müharibəsində Şuşa uğrunda döyüşlərdə şəhid olmuş Aslan Nadirovun büstü qarşısında və İkinci Qarabağ Şəhidlərinin guşəsi önündə xatirə şəkilləri çəkildi.