e-telebe ilə bağlı müraciətlərin cavablandırılması üçün yeni xidmətlər
Mayın 19-dan https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial həssas qrupa aid tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna start verilib.
Təhsil Nazirliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:
– Çağrı Mərkəzinin "146-5” nömrəsi ( həftəiçi 5 gün aktiv fəaliyyət göstərəcək);
– e-telebe.edu.az elektron portalının daxilində yazışma (dəstək) bölməsi;
– "Whatsapp” nömrə: (+994) 51 206 78 48.