Xəbərlər / Müəllim
16 may 2021
949


I sinfə qəbul üzrə elektron portalın fəaliyyəti yenidən aktivləşib

I sinfə qəbul üzrə elektron portalın fəaliyyəti yenidən aktivləşib

 

Birinci sinfə şagird qəbulu üzrə elektron portalın (www.mektebeqebul.edu.az) fəaliyyəti yenidən aktivləşib.

Təhsil Nazirliyindən  verilən xəbərə görə, bayram günləri ilə əlaqədar portalın fəaliyyəti mayın 8-i saat 18.00-dan müvəqqəti dayanmışdı. Portal fəaliyyətini bu gün saat 09:00-dan aktivləşdirib.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Məqalə Göndər








Загрузка...