AzTehsil.com


Xəbərlər
29 aprel 2021
1 023


Magistraturaya qəbul olmaq istəyənlər üçün növbəti şans: Qeydiyyat başlanır



 

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edir.

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı 2021-ci il aprelin 30-dan mayın 8-dək internet vasitəsi ilə aparılır.

2021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə "Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (50 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.
 
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da http://eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında "Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Digər bakalavrlar həmin müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Magistraturaya qəbul imtahanının ikinci cəhdi 2021-ci il mayın 26-da (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanındakı, bəzi ixtisaslaşmalar üçün həmçinin qabiliyyət imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl "Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.



Загрузка...
Həmçinin oxuyun:
Magistraturaya sənəd qəbulu elan edilir

Magistraturaya sənəd qəbulu elan edilir

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Xüsusi qabiliyyət tələb edən ixtisaslara üzrə magistraturaya qəbul qaydası sərtləşdirilib

Xüsusi qabiliyyət tələb edən ixtisaslara üzrə magistraturaya qəbul qaydası sərtləşdirilib

Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Magistraturaya qəbul imtahanlarının müsabiqə şərtləri açıqlanıb

Magistraturaya qəbul imtahanlarının müsabiqə şərtləri açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya sənəd qəbulu davam edir

Magistraturaya sənəd qəbulu davam edir

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Magistraturaya sənəd qəbulu davam edir

Magistraturaya sənəd qəbulu davam edir

Rezidenturaya sənəd qəbulu başladı

Rezidenturaya sənəd qəbulu başladı

Rezidenturaya sənəd qəbulu başlayıb

Rezidenturaya sənəd qəbulu başlayıb

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək