AzTehsil.com


Xəbərlər
18 aprel 2021
1 101


Məleykə Abbaszadə mərkəzi imtahan sistemindən danışıb



Məleykə Abbaszadə mərkəzi imtahan sistemindən danışıb

 

"Almaniyanın Münxen Universitetinin professoru Ludger Woessmann tərəfindən həyata keçirilən ATƏT üzvü olan ölkələri və Almaniyanın əyalətlərini əhatə edən araşdırmanın nəticələri göstərir ki, mərkəzləşmiş imtahan sistemi olan ölkələrdə məktəblilərin fənlər üzrə bilikləri qeyri-mərkəzi sistemli ölkələrə nisbətən daha yüksəkdir. Müəllifin fikrincə, bu fərq orta hesabla bir illik tədris fərqinə bərabərdir”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "mərkəzi imtahan sistemi nəyə görə zəruridir” sualını cavablandırarkən deyib.

O bildirib ki, eyni araşdırmaya əsasən mərkəzləşmiş sistemlərdə imtahan vermiş gənclər gələcəkdə əmək bazarında da daha çox uğur əldə edirlər:

"Digər tərəfdən Rusiya Ali İqtisadiyyat Məktəbi (AİM) tərəfindən keçmiş sovet respublikalarının imtahan sistemlərinin təhlilinə həsr olunmuş 2020-ci ildə nəşr olunmuş tədqiqatda mərkəzləşdirilmiş imtahan sisteminin ali məktəblərə qəbul prosesində korrupsiyanın qarşısını almaq və aşağı sosial-iqtisadi statusa malik ailələrdən olan abituriyentlərin ali təhsilə əlçatanlığını təmin etmək üçün səmərəli vasitə olduğu qeyd olunur. Bəzi tədqiqatçılar mərkəzi qiymətləndirmə sisteminin əsas çatışmazlığı kimi müəllimlərin təşəbbüs və yaradıcılıq qabiliyyətini zəiflətməsini və onların tədris prosesini imtahanlarda nəticə alınacaq şəkildə qurduğunu irəli sürürlər. Lakin bu da bir həqiqətdir ki, müəllimlərin fərdi qiymətləndirmələri öz subyektiv yanaşması və konkret sinfin səviyyəsi əsasında formalaşır ki, (psixologiyada bu fenomen "balaca göldə böyük balıq effekti” adlanır), bu da bir çox halda milli standartlardan uzaq olur və ölkə üzrə real müqayisə aparılmasına əngəl törədir”.

M.Abbaszadə vurğulayıb ki, ümumiyyətlə, imtahanların təhsil prosesinə təsiri məsələsi bütün dünyada elmi ictimaiyyət tərəfindən qızğın müzakirələrə səbəb olur və bu barədə hələ ki, vahid fikir formalaşmayıb:

"Bəzi alimlər yüksək əhəmiyyətli imtahanların istər-istəməz müəllimlərin və tələbələrin tədris yanaşmasına təsir etdiyini və onların daxili öyrənmə motivasiyasını zəiflədərək xarici motivasiyasını, yəni imtahandan yüksək nəticə almaq xatirinə öyrəndiyini irəli sürür. Digərləri isə ümumiyyətlə mərkəzləşmiş imtahanların üzərinə belə bir missiya qoymağın düzgün olmadığını qeyd edir. Belə ki, bu imtahanların məqsədi sadəcə seçmə həyata keçirməkdir. Onların fikrincə bu halda bütün günahı imtahanların üzərinə atmaqdansa, diqqəti müəllim və valideynlərin mentaliteti üzərində işləməyə yönəltmək lazımdır”.

"Təbii ki, tələbələrin imtahanların formatı ilə tanış olması onların imtahan zamanı özlərini rahat hiss etmələri baxımından faydalıdır. Lakin bu heç də o demək deyil ki, dərslər yalnız imtahan testləri üzərində qurulmalıdır. Bütün proses iştirakçıları bilməlidirlər ki, imtahanda tədris prosesində əldə olunmuş bilik və bacarıqlar müəyyən bir forma (test) çərçivəsində qiymətləndirilir və əsas olan bu forma yox, əldə olunan bacarıqlardır. O, da qeyd olunmaldır ki, uşaqlara mövzuların bütün aspektlərinin öyrədilməsi, onlarda mürəkkəb idraki qabiliyyətlərin və davamlı öyrənmə vərdişlərinin formalaşdırılması yüksək dərəcədə zehni əmək və peşəkarlıq tələb edən prosesdir. Peşəkarlıq səviyyəsi və motivasiyası aşağı olan bəzi müəllimlərin bu uzun və zəhmətli prosesi keçmək əvəzinə qısa yoldan gedərək tədris prosesini test sualları üzərində qurmağa üstünlük verməsi ehtimalını da nəzərə almaq lazımdır”, – o bildirib.



Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Məleykə Abbaszadə: “Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi”

Məleykə Abbaszadə: “Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi”

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Məleykə  Abbaszadə  imtahan prosesini yaxından izləyib.

Məleykə Abbaszadə imtahan prosesini yaxından izləyib.

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Məleykə Abbaszadə imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib

Məleykə Abbaszadə imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Məleykə Abbaszadə: Büdcədən təhsilə yönələn vəsaitləri daha da artırmaq lazımdır

Məleykə Abbaszadə: Büdcədən təhsilə yönələn vəsaitləri daha da artırmaq lazımdır

Seçkilərə görə imtahanların tarixi dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Seçkilərə görə imtahanların tarixi dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

İmtahanlarda fərqlənən nəzarətçi-müəllimlər və imtahan rəhbərləri mükafatlandırılıb

İmtahanlarda fərqlənən nəzarətçi-müəllimlər və imtahan rəhbərləri mükafatlandırılıb

DİM imtahan iştirakçılarını tələb olunan imtahan qaydalarına riayət etməyə çağırır

DİM imtahan iştirakçılarını tələb olunan imtahan qaydalarına riayət etməyə çağırır

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

DİM-dən Təhsil Nazirliyinə  İRAD: "Müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır"

DİM-dən Təhsil Nazirliyinə İRAD: "Müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır"

Abituriyentlər və onların valideynləri narahat olmamalıdır

Abituriyentlər və onların valideynləri narahat olmamalıdır

“Ali məktəblərə qəbul planı artırılıb“ - Məleykə Abbaszadə

“Ali məktəblərə qəbul planı artırılıb“ - Məleykə Abbaszadə

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Gəncə  şəhərində  konfrans  keçirilib

Gəncə şəhərində konfrans keçirilib

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Onlayn imtahanların keçirilməsi üçün əsas şərt açıqlandı

Onlayn imtahanların keçirilməsi üçün əsas şərt açıqlandı