Xəbərlər / Abituriyent
14 aprel 2021
1 222


Sabahdan tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına başlanılır

Sabahdan tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına başlanılır

 

Aprelin 15-də Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Bu imtahanlarda 8124 şagirdin iştirakı nəzərdə tutulur.

DİM-dən  bildirilib ki, imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından aprelin 5-dən etibarən çap edib götürə bilirlər.

Qeyd edək ki, aprelin 16-da Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Bu imtahanlarda isə 18367 nəfərin iştirakı nəzərdə tutulur.

Beləliklə, aprelin 15-də və 16-da ümumilikdə 26 min 491 şagirdin imtahan verəcəyi gözlənilir.






Загрузка...
Həmçinin oxuyun:
Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

Sabah növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək

Sabah növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək

25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

Bu gün daha 13483 abituriyent imtahan verir

Bu gün daha 13483 abituriyent imtahan verir

I və IV qruplar üzrə qəbul imtahanları keçirilir

I və IV qruplar üzrə qəbul imtahanları keçirilir

İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

Bu gün buraxılış imtahanları keçirilir

Bu gün buraxılış imtahanları keçirilir

20 mindən çox şagird yenidən imtahan verəcək

20 mindən çox şagird yenidən imtahan verəcək

38 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək

38 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək

Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər

Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər

Bu gün 4606 nəfər imtahan verir

Bu gün 4606 nəfər imtahan verir

Bu gün mindən çox şəxs buraxılış imtahanı verəcək

Bu gün mindən çox şəxs buraxılış imtahanı verəcək

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bu gün ilk qəbul imtahanı keçirilir

Bu gün ilk qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də növbəti imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də növbəti imtahanlar keçiriləcək

24 şəhər və rayonda şagirdlər buraxılış imtahanı verəcək

24 şəhər və rayonda şagirdlər buraxılış imtahanı verəcək

Budəfəki buraxılış imtahanında 20 minə yaxın şəxs iştirak edəcək

Budəfəki buraxılış imtahanında 20 minə yaxın şəxs iştirak edəcək

Sabah 16 mindən çox şagird buraxılış imtahanı verəcək

Sabah 16 mindən çox şagird buraxılış imtahanı verəcək

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

İyunun 24-25-də bu bölgələrdə növbəti buraxılış imtahanları keçiriləcək

İyunun 24-25-də bu bölgələrdə növbəti buraxılış imtahanları keçiriləcək