Xəbərlər, Müəllim
12 aprel 2021

Daha dörd məktəb koronavirusa görə bağlandı

 

Ağdaşda dörd orta məktəb distant təhsilə cəlb olunub.

"Report” xəbər verir ki, rayonun Aşağınemətabad, Ortaləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin hər birində bir müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib. Məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Hazırda adı çəkilən məktəblərdə dərslər distant şəkildə davam etdirilir.

Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər dörd məktəbin girişi və daxilində bütün otaqlar, idman zalları dezinfeksiya edilir.

Qeyd edək ki, bundan öncə Bakı və Abşerondakı orta məktəblərdə tədrisin məsafədən təşkil edilməsi haqqında qərar qəbul edilib.





Загрузка...
loading...

Həmçinin oxuyun: