Xəbərlər
19 mart 2021

Qubada məktəb COVID-19 səbəbindən distant təhsilə keçdi

 

Quba rayonu, Alekseyevka kənd kənd tam orta məktəbində müəllimdə koronavirus aşkar olunub.

AzTehsil.com "Report”– a istinadən xəbər verir ki, bu barədə şimal bürosuna məktəbin direktoru İsa Əlixanlı məlumat verib.

O bildirib ki, məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhsimova Gülxar Sabir qızının həyat yoldaşında COVID-19 aşkar edildiyindən, o da test verib və nəticəsi "pozitiv” çıxıb:

"Bu səbəbdən 19 mart 2021-ci il tarixindən 2 aprel 2021-ci il tarixədək məktəbdə tədris distant təhsil şəklində tədris olunacaq. Hazırda müəllim həkim nəzarətində müalicə olunur”.





Загрузка...
loading...