AzTehsil.com

Xəbərlər
10 aprel 2021
854

Hakimliyə namizədlər üçün imtahan keçirilib

Ölkə Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi aparılır.

Bu barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, çoxmərhələli seçim prosesini, o cümlədən Ədliyyə Akademiyasında yarım illik tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 44 nəfər hazırlıqlı hüquqşünas cari ilin fevral ayında müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin ediliblər. Test və yazılı imtahanlarda uğur qazanmış daha 64 nəfər namizədlə isə hazırda Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilir.

Həmçinin, hakimliyə namizədlərin seçim prosesi davamlı xarakter alaraq sənədlərini təqdim etmiş 230-dək namizədlə ötən ay test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri ona dərhal elan olunub. 60 və daha artıq bal toplamış 157 nəfər namizəd növbəti mərhələyə – yazılı imtahana buraxılıb.

Aprel ayının 9-da Dövlət İmtahan Mərkəzində həmin namizədlərlə yazılı imtahan keçirilib.
İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Cavab vərəqələri tam anonimləşdirildikdən sonra ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr elan olunacaqdır.

Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və hakim olmaq arzusunda olan hüquqşünaslar müsabiqəyə dəvət olunurlar.

Загрузка...
Həmçinin oxuyun:
DİM: Hakim olmaq istəyən 244 namizəd imtahan verəcək

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtаhаnının nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

DİM Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirəcəkdir

DİM ədliyyə orqanlarında işləmək istəyənlər üçün test imtаhаnı keçirəcək

DİM bu vakansiya üzrə imtahan keçirəcək

DİM bu vakansiya üzrə imtahan keçirəcək

DİM - in mütəxəssisləri Azərbaycan Konstitusiyasını açıb oxusunlar – EKSPERTDƏN “səhv” sualla bağlı SƏRT İTTİHAM

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Aqrar sığorta eksperti olmaq istəyənlər üçün test imtahanı keçirilib

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi

DİM vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Dövlət qulluğuna qəbul imtahanı keçirildi