Xəbərlər / Müəllim
13 mart 2021
11 467


Nazirlik 194 nömrəli məktblə bağlı araşdırmaya başladı

 Nazirlik 194 nömrəli məktblə bağlı araşdırmaya başladı

 

Bakının Xətai rayonu, 194 nömrəli məktəbin fiziki tərbiyə müəllimi Sara Rəhmanova məktəbin direktoru Elnarə Zeynalova və direktor müavini İsmayıl Hüseynov tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını iddia edir. 

Bu barədə "Qafqazinfo”ya danışan şikayətçinin sözlərinə görə, direktorun onunla ədavəti məktəbə təyin olunandan sonra qatıldığı ilk iclasda başlayıb: "Elnarə Zeynalova ilk iclasda deyib ki, məktəbin idman zalında işıqlar yanmır. Müəllimlər işıqlandırmanı düzəltsinlər, lampalar alsınlar. Mən əlimi qaldırıb etiraz etdim və dedim ki, dövlətimiz, Təhsil Nazirliyi bizi hər şeylə təmin edib. Bu, onun xoşuna gəlmədi və o vaxtdan mənimlə ədavətə başladı. Deyir ki, guya onda mənimlə bağlı videogörüntülər var, mən qanunu pozmuşam. Mən bilmirəm nə görüntülərdir, məni onlarla şantaj edir”. 

S. Rəhmanova bildirib ki, direktor onu müavini - hərbi hazırlıq müəllimi İsmayıl Hüseynov vasitəsilə təhdid edib. Müəllimin sözlərinə görə, ötən ilin dekabrında onunla görüşən direktor müavini "gərək direktorla bağlı sosial şəbəkədə yazmazdın, daha onunla işləyə bilməyəcəksən. Sən ərizəni yaz çıx” deyib: "Mən isə işdən çıxmaq fikrimin olmadığını bildirdim. Sonra dedi ki, direktor məni 70-ci maddə ilə işdən kənarlaşdıracaq. Bir-iki gün keçdi, ağlaya-ağlaya İsmayıla zəng elədim və dedim ki, sən evə çörəyi necə aparırsan, mənim başıma belə oyunlar gətirirsən? 37-ci polis bölməsinə və direktora ərizə ilə müraciət elədim. İstədim hər şey qanuni olsun. Direktor İsmayıl müəllimlə məni otağına çağırdı. Otaqda kamera olduğuna görə İsmayıl etdiyini boynuna almadı. Bildirdim, siz məni o həddə gətirirsiniz ki, mən damarlarımı kəsim və deyim ki, siz məni buna məcbur eləmisiniz”. 

Müəllimin sözlərinə görə, bundan sonra onu 37-ci polis bölməsinə çağırıblar. Məlum olub ki, onun direktoru və müavinini təhqir etməsi iddiası ilə bağlı aktlar tərtib olunub:  

"Mən isə bildirdim ki, bunlar şər-böhtandır. Əslində mən ondan əvvəl bölməyə müraciət eləsəm də, mənim ərizəmi araşdıran olmayıb. Dünən isə direktor zəng edib ki, məni "NZS” qəsəbəsinin sahə müvəkkili çağırır. Məlum olub ki, guya asayişi pozduğuma - xırda xuliqanlığa görə 50 manat cərimələyiblər. Məqsəd də odur ki, məni bu yolla - müəllimlərin etik davranış qaydalarını pozduğumu əsas gətirərək işdən çıxarsınlar”.

S. Rəhmanova iddia edir ki, yeni direktor məktəbdə qanunsuzluqlar törədir, həmçinin şəxsi mühafizəçisini texniki işçi adı ilə məktəbə gətirir.
Onun sözlərinə görə, ötən il Təhsil Nazirliyinə də məktəbdə olanlarla bağlı müraciət edib. 

Məsələ ilə bağlı BAXAR.AZ-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, baş vermiş hadisədən məlumatlıdır:

"Qeyd etdiyiniz hal ilə bağlı Təhsil Nazirliyi məlumatlıdır. İş üzrə nazirlikdə araşdırma başladılıb, araşdırmanın nəticəsini gözləmək lazımdır. Nəticə barədə isə ictimaiyyət və KİV nümayəndələrinə geniş məlumat veriləcəkdir".

Qeyd edək ki, Sara Rəhmanova "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlının qızıdır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bakıda müəllim direktordan nazirliyə şikayət etdi, ara qarışdı - QALMAQAL

Bakıda müəllim direktordan nazirliyə şikayət etdi, ara qarışdı - QALMAQAL

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

Yeddi oğlanın oğurladığı tələbə DANIŞDI: “Məni qaçıran oğlanı tutdular”

Yeddi oğlanın oğurladığı tələbə DANIŞDI: “Məni qaçıran oğlanı tutdular”

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır”

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır”

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

İşdən çıxarılan müəllim  məhkəmədə direktora qalib gəldi

İşdən çıxarılan müəllim məhkəmədə direktora qalib gəldi

Saatlıda prakuror məktəb direktorundan 5 min manat istəyir

Saatlıda prakuror məktəb direktorundan 5 min manat istəyir

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

BDU-dan təhqir olunaraq qovulan gənclə bağlı - Açıqlama

BDU-dan təhqir olunaraq qovulan gənclə bağlı - Açıqlama

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”

"Kursda iştirak etməsəm dərs saatı verilməyəcək, mənə kömək edin"Müəllimdən müraciət

"Kursda iştirak etməsəm dərs saatı verilməyəcək, mənə kömək edin"Müəllimdən müraciət

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

“Özümün və ailəmin ünvanına hələ də müəyyən təhdidlər var” – Məşhur direktorun “canlı şikayəti”

“Özümün və ailəmin ünvanına hələ də müəyyən təhdidlər var” – Məşhur direktorun “canlı şikayəti”

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post