Son zamanlar Goranboy rayon Təhsil şöbəsinin tabeliyində olan Tam Orta Məktəblərdə manitorinqlər aparırıq. Məqsədimiz təhsil alan şagirdlərin sağlamlığının qorunması, COVİD-19 adlı bir bəla ilə mübarizənin aparılması və vətən torpaq azadliq uğrunda canlarını fəda vermiş igid oğullarımızın həyat və yaradıcılığının təblig edilməsidir.
Yolumuz Goranboy rayon Eyvazlılar kəndinə düşdü. 2003 cü ildən sakinlərin şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilən 9 illik ,120 nəfərlik Orta Məktəbdə yaradılan şərait diqqətimizdən kənarda qalmadı.
Təhsil ocağının direktoru Göyüş Nağıyev kəndin yaranma tarixi,sakinlərin əsas məşğuliyyəti və məktəb haqqında orda yaradılan şəraitlə bağlı geniş məlumat verdi.
Təhsil ocağında Müasir Azərbaycanın qurucusu və memarı, xalqın müdrik oğlu Heydər Əliyevin keçdiyi şərəfli omür yolundan bəhs edən və təhsilimizə verdiyi dəyər və qiymətləri əks etdirən güşə diqqətimizi cəlb etdi.
Şagirdlərin sağlamlığı,təhsilimizi mükəməl öyrənməkləri yolunda çalışan pedaqoji kollektivə minnətdarlığımızı bildiririk. Onuda qeyd edim ki, Goranboy rayon Təhsil şöbəsinin nəznində fəaliyyət göstərən Orta məktəblərə səliqə səhmanı,şəffaflığı,dərslərin yüksək səviyyədə keçrilməsinə nümunə olan bir məktəblərdən biri Eyvazlılar kənd ümumi orta məktəbini misal gətirmək olar.
P.S qeyd edim ki, bu təhsil ocağının digərləri ilə fərqlənən üstünlükləri bunlardır.
Şagirdlər dərs müddətində səliqə səhmanlı geyim intizamı,dərs kecən müəllimələrin onlarla mehriban davranışı və mobil telefonlardan istifadə edilməməsidir.
"Təhsil Millətin Gələcəyidir” Heydər Əliyev.
Təhsilimizi qorumaq,gələcəyimiz olan şagirdlərimizin cəmiyyətimiz üçün mükəmməl formalaşmasında elmə sahib olmasinda çalışmalıyıq.