AzTehsil.com


Xəbərlər / Ekspert
03 fevral 2021
1 864


Bu il qəbul imtahanları çox sadələşdirilib – Ekspert



Bu il qəbul imtahanları çox sadələşdirilib – Ekspert

 

Artıq Dövlət İmtahan Mərkəzi 2021-2022-ci tədris ili üçün  ali məktəblərə qəbul imtahanındakı tapşırıqların necə olacağını açıqlayıb.
 
Həmçinin «Abituriyent» jurnalının 1-ci nömrəsi nəşr edilib. Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları (o cümlədən tarix fənni üzrə Vətən müharibəsi ilə bağlı əlavə edilmiş yeni mövzular), ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.
 
Qəbul imtahanlarının şərtləri barədə "Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, test tapşırıqlarında şagirdlər üçün çətin olan mövzular yer almayıb:
"Dövlət İmtahan Mərkəzinin rəhbərliyindən verilən məlumata görə, qəbul imtahanlarında abituriyentlər üçün çətin hesab edilən mövzular proqramdan çıxarılıb. Bəli, bu, həqiqətən də belədir.

Mən bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan "Abituriyent-1” jurnalını təhlil edərkən şahidi oldum ki, testlərdə o qədər də çətin mövzular yoxdur.
Bir ixtisas qrupuna 3 fənn daxildir. Bu fənlərin hər birinə 30 sual daxil olmaqla, abituriyentlər ümumilikdə 90 suala cavab verəcəklər.  Sualların 22-si qapalı, 5-i açıq, qalanları isə situasiya tiplidir. Situasiya tipli olanlar yazı tələb tələb edən suallardır”.

Ekspert deyir ki, test tapşırıqları qapalı və açıq olsa, abituriyentlər üçün bu daha rahat ola bilər:
"Mövcud vəziyyətin nəticələrini nəzərə alaraq, bu il imtahanlarda bir qədər sadələşdirmə olmalıdır. Çünki pandemiya səbəbilə abituriyentlər hazırlıq kurslarına və repetitor yanına gedə bilməyib.

Həmin vəziyyət də onların imtahan nəticələrinə müəyyən dərəcədə təsir göstərəcək. Açıq və situasiya tipli test tapşırıqlarına abituriyentlərin cavab vermək faizi olduqca aşağıdır.

Düşünürəm ki, şagirdlərimizin daha yaxşı nəticə əldə etməsi üçün testlərdə daha çox qapalı tapşırıqlardan istifadə edilməlidir. Açıq tipli suallar da ola bilər, lakin situasiya tipli suallara ehtiyac yoxdur.
Çünki şagirdlər on bir aydır ki, onlayn dərs keçir. Onların yazı vərdişləri demək olar ki, itib.  Buna görə də sözügedən testləri cavablandırmaq onlar üçün çətin olacaq”.



Загрузка...
Həmçinin oxuyun:
DİM qəbul imtahanlarının 2-ci mərhələsinə hazırlaşan abituriyentlərə müraciət etdi

DİM qəbul imtahanlarının 2-ci mərhələsinə hazırlaşan abituriyentlərə müraciət etdi

Ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki  materiallar dərc olunub.

Ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar dərc olunub.

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb.

Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb.

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

9 abituriyent qəbul imtahanından maksimum bal topladı

9 abituriyent qəbul imtahanından maksimum bal topladı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Abituriyentlərin xeyrinə dəyişikliklər edilib

Abituriyentlərin xeyrinə dəyişikliklər edilib

Qəbul imtahanlarında balların hesablanma qaydası

Qəbul imtahanlarında balların hesablanma qaydası

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Ən yüksək müsabiqə vəziyyəti IV ixtisas blokunda olacaq

Ən yüksək müsabiqə vəziyyəti IV ixtisas blokunda olacaq

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Tarix fənni üzrə yenilik – Bu mövzular qəbul proqramından çıxarıldı

Tarix fənni üzrə yenilik – Bu mövzular qəbul proqramından çıxarıldı

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Bu ixtisas qruplarına Vətən müharibəsi ilə bağlı suallar salınacaq – Video

Bu ixtisas qruplarına Vətən müharibəsi ilə bağlı suallar salınacaq – Video

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək