Xəbərlər / Şagird
19 yanvar 2021
1 041

İstedadlı şagirdlər eksternat qaydasında imtahan verib

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrindən birini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunub.

Qeydiyyatdan keçmiş şagirdlər hər fəndən 10 sual olmaqla, 3 saat ərzində biliklərini sınayıblar.

Nəticələr BŞTİ-nin təşkil etdiyi komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

Şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə valideynin məktəbə müraiətinə ibtidai təhsil səviyyəsi üzrə sinif müəllimi və məktəb psixoloqu, yuxarı təhsil səviyyələri üzrə isə müvafiq fənn müəllimlərinin (dil-ədəbiyyat, xarici dil, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, informatika) məktəbin direktoruna əsaslandırılmış birgə təqdimatı əsasında keçirilən Pedaqoji şurada baxılaraq qərar verilir. Pedaqoji şurada müsbət qərar qəbul edildiyi halda, müvafiq sənədlərlə yerli təhsili idarəetmə orqanına müraciət olunur. Bütün bunlardan sonra şagird eksternat imtahanında iştirak üçün qeydiyyata alınır.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları” əsasında keçirilir.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlərin nəzərinə!

Məktəbi vaxtından tez bitirmək istəyənlərin nəzərinə

Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları

IX sinfi bitirə bilməyənlər üçün növbəti İMTAHAN

Eksternat imtahanlarının nəticələri AÇIQLANDI

Eksternat imtahanlarının vaxtı açıqlandı

9-cu sinfədək oxuya bilməyənlər imtahan verdilər

Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

Eksternat imtahanlarının nəticələri bəlli olub

Əvvəlki illərdə məktəbi bitirə bilməyən şagirdlər üçün eksternat imtahanlar keçiriləcək

Bakıda eksternat imtahanlarına qeydiyyat başlayıb

Əvvəlki illərdə məktəbi bitirə bilməyənlər imtahan verdi

Eksternat imtahanları üçün onlayn sənəd qəbulu davam edir

Eksternat imtahanlarına onlayn sənəd qəbulu davam edir

Əvvəlki illərdə orta məktəbləri bitirib sənəd ala bilməyənlər üçün imtahan keçirilib

Eksternat qaydasında aralıq imtahanları onlayn formada keçiriləcək

Ali təhsilin sərbəst (eksternat) təhsilalma forması ləğv edilib

Xüsusi təhsil forması – Üstünlüklər və fərqlər

Eksternat imtahan verənlər DİM tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak hüququ qazanacaq

Eksternat imtahanları üçün onlayn sənəd qəbuluna start verilib

Attestat ala bilməyən məzunlar imtahan verdi

Attestat ala bilməyənlər üçün buraxılış imtahanı keçiriləcək