AzTehsil.com


Xəbərlər / Müəllim
24 dekabr 2020
4 608


Təhsil Nazirliyinin işçilərinə mükafat, maaşlarına əlavə verilməsi və yardımın göstərilməsi qaydası müəyyənləşib



 

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

Bu Qayda Təhsil Nazirliyinin xəzinə hesabına köçürülən xidmət haqlarından Təhsil Nazirliyinin işçilərinin  sosial müdafiəsini gücləndirmək məqsədilə istifadə qaydasını müəyyən edir.

Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Təhsil Nazirliyi üçün büdcədənkənar xəzinə hesabı açılır. Büdcədənkənar vəsaitin Nazirliyin qurumları arasında bölgüsü Nazirliyin müvafiq əmri ilə rəsmiləşdirilir. Büdcədənkənar vəsaitin istifadəsi xərclər smetasına uyğun olaraq həyata keçirilir. Xərclər smetası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq təsdiq edilir.

Büdcədənkənar vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə xərclənir:

– işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;

– işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi;

– işçilərə maddi yardımın göstərilməsi.

İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

– işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

– mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

– qanunla müəyyən edilmiş bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

– vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi;

– rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

– normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.

İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər. Verilən mükafatların məbləği aylıq vəzifə maaşının 2 mislindən çox olmamaq şərtilə müəyyən edilir. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər. İşçilərin fərdi mükafatlandırılması əmrlə rəsmiləşdirilir. İşçilərə aylıq vəzifə maaşlarının 2 mislindən çox olmamaqla vəzifə maaşlarına əlavələr verilir. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.

Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

– işçinin əmək məzuniyyətində olduğu günlər, əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

– işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

İşçilərə maddi yardımın verilməsi əmrlə rəsmiləşdirilir.

Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.



Загрузка...
Həmçinin oxuyun:
Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi — FƏRMAN

Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi — FƏRMAN

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Ali təhsil müəssisələrinə qoyulan minimum normalar LƏĞV EDİLİR

Ali təhsil müəssisələrinə qoyulan minimum normalar LƏĞV EDİLİR

Əldə  edilən  gəlirin 40 faizi müəllimlərin maaşına əlavə olunacaq

Əldə edilən gəlirin 40 faizi müəllimlərin maaşına əlavə olunacaq

Təhsilimzdən mənfəət əldə edənlər...Təhsil müəssisələrində qanun pozuntusu aşkarlandı

Təhsilimzdən mənfəət əldə edənlər...Təhsil müəssisələrində qanun pozuntusu aşkarlandı

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Elmi müəssisə və təşkilatlarda çalışanların da maaşı artdı – SƏRƏNCAM

Elmi müəssisə və təşkilatlarda çalışanların da maaşı artdı – SƏRƏNCAM

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

Təhsil müəssisələrində çalışan bu işçilərin maaşı artılırdı - Nazirlər Kabinetindən QƏRAR

Təhsil müəssisələrində çalışan bu işçilərin maaşı artılırdı - Nazirlər Kabinetindən QƏRAR

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN ! Əmək intizamı və maddi məsuliyyət haqqında

OXUYUN ! Əmək intizamı və maddi məsuliyyət haqqında

TEST 1 Direktor olmaq istəyənlər üçün   İş vaxtı və istirahət vaxtı

TEST 1 Direktor olmaq istəyənlər üçün İş vaxtı və istirahət vaxtı

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları