AzTehsil.com


Xəbərlər
14 noyabr 2020
729


ADNSU-da “Focus Group Discussion” keçirilib



ADNSU-da “Focus Group Discussion” keçirilib

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) partnyor şirkətləri ilə  "UniLab” layihəsi çərçivəsində "Focus Group Discussion” keçirilib.

20-dən çox dövlət, həmçinin özəl müəssisənin rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi onlayn müzakirədə universitetlə müəssisələr arasındakı əlaqələr, tələbə və məzunların istehsalat təcrübəsinə cəlb olunması,  eləcə də əmək bazarının tələblərinə uyğun kadr hazırlığı kimi məsələlərin əsas aspektləri müzakirə olunub.

ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov "UniLab” layihəsi və onun əsas istiqamətləri haqqında iştirakçılara məlumat verib, şirkətlərlə əməkdaşlığın ADNSU üçün prioritet  olduğunu vurğulayıb.

Adıçəkilən prorektorun müavini Ülviyyə Abbasova şirkətlərlə əməkdaşlıqda təlim və treninqlərin  intensiv şəkildə keçirilməsinin mühümlüyünü qeyd edib.

ADNSU ilə əməkdaşlıqdan, əmək bazarının tələblərindən danışan konfrans iştirakçıları tələbə və məzunların şirkətlərə təcrübəyə cəlb olunması, işlə təmin edilməsi istiqamətindəki çatışmazlıqlara da toxunublar.

Universitetlə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdıran Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Emin Bəylərov tələbələrin praktiki və nəzəri vərdişlərə yiyələnməsində universitetlərlə birgə iş aparılmasının vacibliyinə toxunub.

"Azercell” şirkətinin İnsan kapitalının idarə edilməsi departamentinin mütəxəssisi Leyla Tağıyeva müasir texnologiyaların tətbiqindən və bu sahədəki çatışmazlıqlardan söz açaraq İT-nin inkişafı üçün diqqət yetirilməli olan vacib məqamlardan bəhs edib.

Digər şirkət nümayəndələri də çıxışlarında universitetlərlə mövcud əməkdaşlığın tələb olunan sahələr üzrə təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində plan tərtib olunmasının, birgə iş aparılmasının vacibliyindən danışıblar. Günün tələbinə uyğun olaraq şirkətlərdə hazırda tələbə və məzunlardan ixtisasla yanaşı, dil bilikləri və İT bacarıqlarının da tələb olunduğu qeyd edilib.  Bəzi köhnə proqramların dəyişdirilməsi, daha müasir texniki biliklərlə əvəz olunması məsələsi geniş müzakirə edilib, təkliflər dinlənilib.  

Qeyd edək ki, ADNSU  Avropa Birliyi tərəfindən maliyyələşdirilən "Erasmus+ KA2” proqramı çərçivəsində UniLab "XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarus və Rusiyada   ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.



Загрузка...
Həmçinin oxuyun:
ADNSU-da “MAGnUS Yay Məktəbi”nin ilk görüş günü

ADNSU-da “MAGnUS Yay Məktəbi”nin ilk görüş günü

ADNSU-da “MAGnUS Yay Məktəbi” başa çatıb

ADNSU-da “MAGnUS Yay Məktəbi” başa çatıb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU-nun keçirdiyi onlayn Məzun-Karyera sərgisinə 37 dövlət qurumu və özəl şirkət qoşulub

ADNSU-nun keçirdiyi onlayn Məzun-Karyera sərgisinə 37 dövlət qurumu və özəl şirkət qoşulub

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

SOCAR-STP-dən ADNSU məzunları üçün iş yeri təklifi

SOCAR-STP-dən ADNSU məzunları üçün iş yeri təklifi

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar

Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Almaniyanın ali məktəbləri arasında əlaqələr genişlənir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Almaniyanın ali məktəbləri arasında əlaqələr genişlənir

ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşdü

ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşdü

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU təhsil xidmətlərini ixrac etməyə başladı

ADNSU təhsil xidmətlərini ixrac etməyə başladı

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib