Xəbərlər
25 sentyabr 2020
1 775


DİM abituriyent və subbakalavrlara müraciət etdi

 

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edən abituriyent və subbakalavrlara müraciət edib.

DİM-dən bildirilib ki, qəbul qaydalarına əsasən, orta ixtisas təhsili pilləsi üzrə "subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilirlər. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə boş plan yeri qalarsa, subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır.

Burada eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə əvvəlcə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG), bu göstərici də eyni olduğu təqdirdə attestata fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası nəzərə alınır.

Müsabiqənin nəticələri elan olunarkən DİM tərəfindən abituriyentə təqdim olunan arayışda onun ərizəsində qeyd etdiyi ixtisaslara qəbul üzrə minimal keçid balları da əksini tapır. Minimal keçid balları "Abituriyent” jurnalının 7-ci sayında da təqdim olunur.

Burada hər hansı bir ixtisasa abituriyentlərlə yanaşı, subbakalavrlar da qəbul olubsa, keçid balı kimi ən aşağı göstəriciyə malik subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (balı) də qeyd olunur.

Yəni yuxarıdakı qaydaya uyğun olaraq (eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınır) hər hansı bir ixtisasa ən aşağı balla qəbul olunan subbakalavrın ÜOMG-si də göstərilir.

Dünən sosial şəbəkələrdə və müəyyən xəbər saytlarında süni diqqət toplamaq üçün subbakalavrların ÜOMG-si qəbul imtahanından toplanılan bal kimi qeyd olunub və bu da bəzi ixtisaslara keçid balları ilə bağlı yanlış təəssüratın yaranmasına səbəb olur.

Bir daha qeyd edirik ki, subbakalavrlar qəbul imtahanında iştirak etmədən müsabiqəyə qoşulurlar və hər hansı bir ixtisasa subbakalavr qəbul olubsa, həmin ixtisas üzrə keçid balı kimi göstərilən bal qəbul imtahanı balı deyil, subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisidir.

Nümunə kimi bir subbakalavrın müsabiqə nəticələri haqqında arayışının fotosurətini aşağıda təqdim edirik:
 

 

Subbakalavrın ÜOMG-si 81.5944 baldır və müsabiqədən keçməyib. Onun ərizəsində qeyd elədiyi 1-ci ixtisasa ən aşağı balla qəbul olan abituriyent olub və minimal keçid balı 188.5 baldır.

İkinci yazdığı ixtisasa da ən aşağı balla abituriyent qəbul olub və minimal bal keçid balı 211.6 baldır. 3-cü yazılan ixtisasa isə ən sonuncu qəbul olan subbakalavrdır və ona görə də ixtisas üzrə "minimal keçid balı sətrində” həmin subbakalavrın ÜOMG-si (91.3556) göstərilib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə! - Ərizə qəbulu başa çatıb

Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə! - Ərizə qəbulu başa çatıb

"Müsabiqə şərti" və "keçid balı" anlayışları...Abituriyentləri çaşqın salan bu iki faktor barədə ekspertin rəyi..

"Müsabiqə şərti" və "keçid balı" anlayışları...Abituriyentləri çaşqın salan bu iki faktor barədə ekspertin rəyi..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə subbakalavrların ərizə qəbulu başlayıb

Ali məktəblərə subbakalavrların ərizə qəbulu başlayıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

I-IV qruplar üzrə ən populyar ixtisasların keçid balı açıqlanıb

I-IV qruplar üzrə ən populyar ixtisasların keçid balı açıqlanıb

DİM "Abituriyent" jurnalının 5-ci buraxılışında orta ixtisas müəssisələrinin əvvəlki ildə keçid ballarını qeyd edib

DİM "Abituriyent" jurnalının 5-ci buraxılışında orta ixtisas müəssisələrinin əvvəlki ildə keçid ballarını qeyd edib

9 illik bazada kolleclərin boş qalan plan yerlərinə qəbul üçün müsabiqənin nəticələri açıqlanıb

9 illik bazada kolleclərin boş qalan plan yerlərinə qəbul üçün müsabiqənin nəticələri açıqlanıb

Gələn il keçiriləcək qəbul imtahanlarında keçid balları aşağı düşəcək? - Rəsmi cavab

Gələn il keçiriləcək qəbul imtahanlarında keçid balları aşağı düşəcək? - Rəsmi cavab

Keçid balları aşağı salınacaq?-DİM-dən CAVAB

Keçid balları aşağı salınacaq?-DİM-dən CAVAB

DİM orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini dərc edib

DİM orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini dərc edib

İxtisas seçimlərində iştirak etmək üçün minimal ballar – Bilmədiyimiz detal

İxtisas seçimlərində iştirak etmək üçün minimal ballar – Bilmədiyimiz detal

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Kimlər universitetə imtahansız qəbul oluna biləcəklər?

Kimlər universitetə imtahansız qəbul oluna biləcəklər?

Nəticələr açıqlandı, keçid balları isə hər kəsi çaş-baş qoydu

Nəticələr açıqlandı, keçid balları isə hər kəsi çaş-baş qoydu

DİM builki keçid ballarını elan etdi

DİM builki keçid ballarını elan etdi

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir