Xəbərlər
19 sentyabr 2020
964


DİM tərəfindən həftə ərzində həyata keçirilən imtahan və tədbirlərlə bağlı məlumat

DİM tərəfindən həftə ərzində həyata keçirilən imtahan və tədbirlərlə bağlı məlumat

 

Həftənin əvvəlində, sentyabrın 14-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsinə qeydiyyat elan edilib. DİM tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək. İmtahanlarda iştirak etmək istəyən namizədlərin qeydiyyatı sentyabrın 27-dək aparılacaq. İmtahanda iştirak etmək üçün hələlik 2 namizəd qeydiyyatdan keçib.

Mərkəzdən  verilən məlumata görə, sentyabrın 14-də ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi də başa çatıb.

İxtisas seçimində 10958 (Azərbaycan bölməsi -10745, rus bölməsi -213) abituriyent iştirak edib.

Müsabiqənin nəticələri növbəti gün elan olunub və DİM-in saytında yerləşdirilib.

Xatırladaq ki, bu il qəbul planı 9885 yer olub. Müsabiqənin nəticələrinə əsasən 9310 abituriyent (qəbulolma faizi 94.16-dır) kollecə qəbul olub. Bunlardan 7771 nəfər xüsusi qabiliyyət tələb etməyən ixtisaslar, 1539 nəfər isə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul olunub.

Qəbul olunanların siyahısı sentyabrın 16-da "Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub. Jurnalda abituriyentlərin siyahısı ilə yanaşı, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Nəzərinizə çatdırırıq ki, qəbul olunanlar sentyabrın 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan

keçməlidirlər. 19 sentyabr saat 10-a olan məlumata əsasən qəbul olunanların 20%-i qeydiyyatdan keçib.

Sentyabrın 15-də "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün sentyabrın 11-də keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb.

İmtahanda iştirak etmək hüququ qazanmış 962 abituriyentdən 239 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 648 nəfər "məqbul” qiymət alıb.

Sentyabrın 16-da isə 11-ci sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri də elan olunub.

Jurnalistika və buraxılış imtahanlarının nəticələri ilə əlaqədar apelyasiya komissiyasına müraciət etmək üçün onlayn yazılış aparılsa da, heç bir müraciət qeydə alınmayıb.

Bu həftə ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul üçün keçirilən qabiliyyət imtahanları yekunlaşıb.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul üçün 26 avqust tarixindən başlamış imtahanlarda 900-dən çox abituriyent iştirak edib. Onlardan 269 nəfər məqbul qiymət alıb və ərizələrində xüsusi qabiliyyət tələb edən ixtisasları göstərmək hüququ qazanıb.

I, III və V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq xüsusi qabiliyyət tələb edən ixtisasların qabiliyyət imtahanlarında iştirak etmək üçün 5327 abituriyent qeydiyyatdan keçib. Onlardan 1875 nəfər müvəffəqiyyət əldə edib və ixtisas seçiminə buraxılıb.

DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. Nəticələr həmin gün elan olunub.

İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən 25-dək aparılacaq.

Həftəsonu ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi da başa çatacaq. 19 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiq olunub.

2467 ərizə isə yadda saxlanılsa, da hələlik təsdiq edilməyib.

İxtisas seçiminin sonuna 1 gün vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək.

Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Bu həftə magistratura səviyyəsinə qəbul olunan bakalavrların da əmrləri də müvafiq ali təhsil müəssisələrinə göndərilib. Boş qalan yerlərə qəbul və qeydiyyat prosesi bitdikdən sonra ayrılmış 9753 plan yerindən 8301 (o cümlədən 3078 DS əsasında) yer tutulub. Plan yerləri 85.11% do






Загрузка...
Həmçinin oxuyun:
Abituriyentlərin nəzərinə: ixtisas seçiminin sonuna bir gün qalıb

Abituriyentlərin nəzərinə: ixtisas seçiminin sonuna bir gün qalıb

Qabiliyyət tələb edən ixtisaslara 1875 abituriyent uğur qazanıb

Qabiliyyət tələb edən ixtisaslara 1875 abituriyent uğur qazanıb

Kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub

Kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9 illik bazada kolleclərin boş qalan plan yerlərinə qəbul üçün müsabiqənin nəticələri açıqlanıb

9 illik bazada kolleclərin boş qalan plan yerlərinə qəbul üçün müsabiqənin nəticələri açıqlanıb

Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Kolleclərə qəbul olmaq üçün 12 mindən çox abituriyent ixtisas seçimi edib

Kolleclərə qəbul olmaq üçün 12 mindən çox abituriyent ixtisas seçimi edib

Xüsusi qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başladı

Xüsusi qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başladı

Qeydiyyat bu gün başa çatır!

Qeydiyyat bu gün başa çatır!

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək

Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək

DİM orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini dərc edib

DİM orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini dərc edib

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatdı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatdı

Kolleclərə də ixtisas seçimi başlayıb

Kolleclərə də ixtisas seçimi başlayıb

Kolleclərə ixtisas seçimi sona çatır

Kolleclərə ixtisas seçimi sona çatır

Kolleclərin boş qalan yerlərinə qəbul ELAN EDİLDİ

Kolleclərin boş qalan yerlərinə qəbul ELAN EDİLDİ

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir