Xəbərlər / Müəllim
14 avqust 2020
1 439

Namizədlər ən çox bu şəhərlərdə imtahan verirlər - Nazirlik

Bu il müəllimlərin işə qəbulu üçün yaradılan ən çox imtahan mərkəzi Bakıda fəaliyyət göstərir.

Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, Bakı və Sumqayıtda ümumilikdə 13 imtahan mərkəzi var. Onların 11-i Bakıda, 2-si Sumqayıtdadır:

"Namizədlər də ən çox bu mərkəzlərdə keçirilən imtahanlara cəlb edilib. Ötən illərdən fərqli olaraq, bu il test imtahanları yalnız Bakıda deyil, ölkənin 17 şəhər və rayonunu əhatə etməklə 32 mərkəzdə həyata keçirilir. Ümumilikdə hər rayon və ya şəhərdə maksimum 2 mərkəz, lakin bəzi rayonlarda 1 mərkəz var".

 E.Bağırov qeyd edib ki, bu gün fransız dili və fizika fənləri üzrə imtahanlar keçirilir. Bu imtahanlarda 2000-ə yaxın namizədin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, imtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 şəhər və rayonda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb. modern.az 
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
MİQ üzrə müsabiqənin ikinci mərhələsi başlayır

Bu fənlər üzrə müəllim işləmək istəyənlərə XƏBƏR VAR

“Ötən illərlə müqayisədə direktorların işə qəbulu müsabiqəsində gənc namizədlər çoxdur”- Eşqi Bağırov

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Bu gün DİM tərəfindən müxtəlif imtahanlar keçirilir

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Nazirlik rəsmisi: “Keçid balından artıq bal toplayan bəzi namizədlər müsahibə mərhələsində özlərini yetərincə göstərə bilmirlər”

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda 30 minədək namizəd iştirak edib

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Müəllim olmaq istəyənlər üçün elektron sənəd qəbulu davam edir

MİQ-in keçiriləcəyi rayon və şəhərlər müəyyənləşib

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

Bu fənlər üzrə vakansiyalarda rəqabət daha çox olacaq - Təhsil Nazirliyi açıqladı

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Sabah 18 şəhər və rayonda 23579 abituriyent imtahan verəcək

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

38 şəhər və rayonda monitorinq imtahanları keçirildi

Vakant yerlərin seçimi mərhələsində dəyişiklər ediləcək

Bakıda direktor olmaq istəyənlər çətin sınaq qarşısında – Keçid balı artırıla bilər

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir.

Onlayn müsahibədən keçməyən namizədlərin əmək müqaviləsinə xitam veriləcək