AzTehsil.com

Xəbərlər / Direktor
28 avqust 2019
2 455

“Ötən illərlə müqayisədə direktorların işə qəbulu müsabiqəsində gənc namizədlər çoxdur”- Eşqi Bağırov

"Ötən illərlə müqayisədə gənc namizədlərin sayı çoxdur”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbənin müdiri Eşqi Bağırov deyib.

Bildirilib ki, builki müsabiqədə elektron qaydada müraciət edən 3000-dən çox namizəddən təxminən 1800-ü test imtahanında müvafiq keçid balını toplayıb. Əvvəlki illərlə müqayisədə bu il daha çox namizəd müsabiqədə iştirak etdiyi üçün müsahibə mərhələli şəkildə həyata keçirilir. İlk olaraq, ən çox vakansiya olan bölgələrdən başlanılır.  Bu həftə də müsahibələr davam edəcək. Artıq, yeni tədris ilindən məktəblərə kifayət qədər səriştəli direktorlar təyin ediləcək.

Məlumata əsasən, bu həftə 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Ötən illərlə müqayisədə gənc namizədlərin sayı artır. Eyni zamanda namizədlərin hazırlığı nəticələri də əvvəlki illərlə müqayisədə yüksəkdir.

Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib. 21-23 avqust tarixlərində Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.

Avqustun 28-də dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin rayonlar üzrə növbəti müsahibə mərhələsinə başlanılıb. Bu mərhələdə Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur.

Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Загрузка...
Həmçinin oxuyun:
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Nazirlik rəsmisi: “Keçid balından artıq bal toplayan bəzi namizədlər müsahibə mərhələsində özlərini yetərincə göstərə bilmirlər”

Direktorların işə qəbulu müsabiqəsinin test imtahan mərhələsi nə zaman keçiriləcək?

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

MİQ-in müsahibə mərhələsinin nəticələri nə zaman açıqlanacaq?- Namizədlərin diqqətinə!

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Ən  çox və  ən az vakant yer  verilən rayonlar –Drektor olmaq istəyən namizədlərin diqqətinə

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Direktorların işə qəbul müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti var? - Cavab

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Təhsil Nazirliyində press brifinq

Təhsil Nazirliyində press brifinq

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

3940 müəllimə rədd cavabı verildi

3940 müəllimə rədd cavabı verildi