AzTehsil.com


Xəbərlər
25 iyul 2020
1 441


Mərkəzi Nəbatat Bağının kolleksiyasında viruslara qarşı təsirli dərman bitkiləri



Mərkəzi Nəbatat Bağının kolleksiyasında viruslara qarşı təsirli dərman bitkiləri

 

İnsan orqanizminin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlılığı üçün immun sisteminin güclü olması vacibdir. Bunun üçün tərkibi qida elementləri ilə zəngin dərman bitkilərinin istifadəsi məqsədəuyğundur.

Azərbaycan Milli Elmlər Akademiyasının  Mərkəzi Nəbatat Bağından bildirilib ki,  Bağın  dərman bitkiləri kolleksiyasında viruslara qarşı mübarizədə geniş istifadə olunan dərman bitkiləri yer alıb. Bu bitkilərə Malva sylvestris L. (Meşə əməköməcisi), Matricaria chamomillae L. (Adi mollabaşı), Urtica dioica L. (İkievli gicitkən), Asparagus officinalis L. (Dərman qulançarı), Tussilago farfara L. (Adi dəvədabanı), Mentha piperitae L. (Nanə), Achillea millefolium L. (Adi boymadərən), Origanum vulgare L. (Adi qaraot), qaraqınıq, Carum carvi L.(Adi zirə), Melissa officinalis L. (Dərman bədrənci), Allium sativum L. (Sarımsaq), Althaea officinalis L. (dərman bəlğəmotu), Arcticum lappa L. (iri atpıtrağı), Sambucus nigra L. (qara gəndəlaş),  Cyclamen elegans Boiss. (zərif meşənovruzu), Inula helenium L. (uca andız), Hypericum perforatum L. (zəif dazıotu), Phytolacca americana L. (amerika çiçəbaharı), Plantago major L. (böyük bağayarpağı), Valeriana officinalis L. (dərman pişikotu) və s. misal göstərilib.

Bildirilib ki, bir çox xəstəliklərin profilaktika və müalicəsində geniş istifadə olunan bu bitkilər antibakterial, iltihabi proseslərə qarşı təsirə malik olub, xüsusilə ağciyər xəstəliklərində viruslara qarşı əhəmiyyətlidir. Bitkilərin tərkibindəki farmakoloji aktiv maddələr (karotinoidlər, flavonoidlər, aldehidlər, alkaloidlər, şəkərlər, polisaxaridlər, taninlər və s.) insan və heyvan orqanizminə farmakoloji və toksiki təsir göstərir.

Tədqiq olunan bitkilərin tərkibində A, B, C, D, K C, PP vitaminləri, zülallar, kalsium, flor, fol turşusu, sink, dəmir, mis və selen elementlərinin birləşmələri də mövcuddur. Bu maddələr immun sistemini gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.



Загрузка...