İmtahanlarda qaydaları pozan 7 nəfərin nəticələri ləğv edildi
11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan qaydalarını pozan 7 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.