Xəbərlər / Abituriyent
23 iyul 2020
1 278

Buraxılış imtahanlarında qiymətindən narazı qalmış məzunlara MÜRACİƏT

Buraxılış imtahanlarında qiymətindən narazı qalmış məzunlara MÜRACİƏT

11-ci sinif şagirdləri üçün 2020-ci il iyunun 18-19 və 24-25-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbulu davam edir.Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu iyulun 24-dək davam edəcək.

Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar.

"Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

18-19 və 24-25 iyun tarixlərində keçirilən imtahanlarda iştirak edən və Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 24 iyul saat 23:59-dək apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Şagirdlər (abituriyentlər) iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada "Ev telefonu”, "Mobil telefon”, "E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. "Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, "ümumi qeyd” hissəsinə yaza bilər.

Daha sonra tapşırığın nömrəsini və müraciətin məzmununu (yazılı cavabın səhvən başqa tapşırıq üçün ayrılmış yerə yazılması, yazı işinin yenidən qiymətləndirilməsi, cavabın səhv kodlaşdırılması, sual kitabçasına baxılması, tapşırığın şərtinin izah edilməsi) seçməklə istəyinizi aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı "Yadda saxla” şəkil–düyməsinə basmaq lazımdır. Digər tapşırıqlara verdiyiniz cavabların da qiymətlərdirilməsi ilə bağlı iradlarınız varsa, əməliyyatı təkrar edin. Müraciətlərinizi tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur) fotoşəklinizin altındakı "Qeydiyyata al” düyməsinə basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra "Təsdiq et” düyməsini basmaqla müraciətinizi yekunlaşdırmış olursunuz. Müraciətinizlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd etdiyiniz elektron poçt ünvanına və ya telefon nömrəsinə sizinlə bağlantının vaxtı barədə məlumat göndəriləcək.

Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müraciətlərə 27 iyul 2020-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq”, - DİM bildirib.

Загрузка...
Həmçinin oxuyun:
Buraxılış imtahanının nəticələrindən narazı olanlar Apelyasiya komissiyasına müraciət edə bilər

Buraxılış imtahanının nəticələrindən narazı olanlar Apelyasiya komissiyasına müraciət edə bilər

Buraxılış imtahanı ilə bağlı komissiya YARADILDI

Buraxılış imtahanı ilə bağlı komissiya YARADILDI

Buraxılış imtahanlarının nəticələri ilə bağlı onlayn apelyasiya təşkil ediləcək

Buraxılış imtahanlarının nəticələri ilə bağlı onlayn apelyasiya təşkil ediləcək

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə!

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə!

Buraxılış imtahanının nəticələri ilə bağlı Apelyasiya Komissiyasına müraciət etmək istəyənlərin ərizə qəbuluna başlanılıb

Buraxılış imtahanının nəticələri ilə bağlı Apelyasiya Komissiyasına müraciət etmək istəyənlərin ərizə qəbuluna başlanılıb

DİM buraxılış imtahanlarının nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

DİM buraxılış imtahanlarının nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

Qəbul imtahanları ilə bağlı Apelyasiya komissiyası fəaliyyət göstərəcək

Qəbul imtahanları ilə bağlı Apelyasiya komissiyası fəaliyyət göstərəcək

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

İyulun 26-da keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 26-da keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

DİM Apelyasiya komissiyasının məlumatı açıqlanıb

DİM Apelyasiya komissiyasının məlumatı açıqlanıb

İyulun 22-də imtahanda iştirak edən abituriyentlərin nəzərinə...

İyulun 22-də imtahanda iştirak edən abituriyentlərin nəzərinə...

1-ci və 4-cü qruplara imtahan vermiş abituriyentlərin nəzərinə

1-ci və 4-cü qruplara imtahan vermiş abituriyentlərin nəzərinə

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı

Buraxılış imtahanlarının nəticələri açıqlandı

DİM 18-19 iyunda keçirilən imtahan nəticələrini AÇIQLADI

DİM 18-19 iyunda keçirilən imtahan nəticələrini AÇIQLADI

İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı