Xəbərlər / Müəllim / D.Qulluğu
09 iyul 2020
1 671


DİM təxirə salınan müsahibələrlə bağlı qərar verdi

 DİM təxirə salınan müsahibələrlə bağlı qərar verdi

 

Dövlət qulluğuna qəbul üzrə bu ilin martın 18-dən etibarən təxirə salınan müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə bu ilin martın 18-dən etibarən təxirə salınmış 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.

Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin Bakı şəhərində və regionlarda yerləşən müvafiq inzibati binalarından qoşulacaqlar. Namizədlər üçün onlayn müsahibələrin keçirilmə qrafiki hazırlanmış və Mərkəzin internet portalında yerləşdirilmişdir.

Müsahibələrin 13 iyul 2020-ci il tarixindən başlanılması nəzərdə tutulur. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan (17.09.2019, 13.01.2020) əldə edə bilərlər.

Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına uyğun olaraq, xüsusi icazəsi olmayan namizədlər müsahibələrdə iştirak etmək üçün (dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə bağlı olaraq) 2 rəqəmini qeyd edib 8103 nömrəsinə SMS – məlumat göndərməli və ya "E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər. Müsahibədə iştirakla bağlı yaşayış yerini və olduğu yeri tərk edən namizədlərə Mərkəz tərəfindən qayıtma müddətini müəyyən edən müvafiq arayış təqdim ediləcəkdir.

Namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə 2 metrlik məsafə saxlamalıdırlar.

Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılırlar. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Müsahibədə üzrlü səbəblərdən iştirak edə bilməyən namizədlərlə yeni müsahibələr müvafiq təsdiqedici sənəd təqdim edildikdən sonra keçirilə bilər.

Nazirlər Kabinetinin müvafiq qərarlarına və ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafikində dəyişikliklər edilə bilər. Müsahibələrin keçirilmə qrafikində dəyişikliklər olduğu halda, bu barədə Mərkəzin internet portalında məlumat yerləşdiriləcəkdir. Namizədlərə Mərkəzin internet portalını mütəmadi izləmələri tövsiyə olunur.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİM təxirə salınan müsahibələrlə bağlı qərar verdi

DİM təxirə salınan müsahibələrlə bağlı qərar verdi

DİM-dən dövlət qulluğuna müsahibələrdə iştirak edəcək namizədlərə MÜRACİƏT

DİM-dən dövlət qulluğuna müsahibələrdə iştirak edəcək namizədlərə MÜRACİƏT

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı

Dövlət qulluğuna müsahibələr onlayn təşkil olunacaq

Dövlət qulluğuna müsahibələr onlayn təşkil olunacaq

Dövlət qulluğuna hazırlaşanların nəzərinə: Müsahibələrin keçirilmə tarixləri açıqlandı

Dövlət qulluğuna hazırlaşanların nəzərinə: Müsahibələrin keçirilmə tarixləri açıqlandı

Dövlət qulluğuna müsabiqəyə rəqəmlərlə baxış

Dövlət qulluğuna müsabiqəyə rəqəmlərlə baxış

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi yekunlaşıb

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi yekunlaşıb

Azərbaycanda daha bir imtahan təxirə salındı

Azərbaycanda daha bir imtahan təxirə salındı

DİM 519 yeni vakant yerləri elan edib

DİM 519 yeni vakant yerləri elan edib

Dövlət qulluğuna ümumi müsahibələr 17-18 mayda keçiriləcək

Dövlət qulluğuna ümumi müsahibələr 17-18 mayda keçiriləcək

60 nəfər dövlət qulluğu müsahibəsinə gəlmədi

60 nəfər dövlət qulluğu müsahibəsinə gəlmədi

17 namizəd dövlət qulluğuna uyğun bilindi

17 namizəd dövlət qulluğuna uyğun bilindi

Müəllimlər üçün onlayn müsahibələrə start verilir

Müəllimlər üçün onlayn müsahibələrə start verilir

DİM dövlət qulluğuna qəbul üçün müsahibə keçirəcək

DİM dövlət qulluğuna qəbul üçün müsahibə keçirəcək

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

Dövlət qulluğuna qəbul üzrə müsahibə elan olunub

Dövlət qulluğuna qəbul üzrə müsahibə elan olunub

DİM müsahibə vaxtını açıqladı

DİM müsahibə vaxtını açıqladı

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib

Dövlət qulluğuna qəbul üzrə müsahibədən 18 namizəd uğurla keçib

Dövlət qulluğuna qəbul üzrə müsahibədən 18 namizəd uğurla keçib

Müəllimlərin işə qəbulu üçün müsahibələrin tarixi açıqlandı

Müəllimlərin işə qəbulu üçün müsahibələrin tarixi açıqlandı

DİM onlayn müsahibə mərhələsində iştirak edəcək namizədlərə xüsusi otaq ayıracaq

DİM onlayn müsahibə mərhələsində iştirak edəcək namizədlərə xüsusi otaq ayıracaq

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

56 namizəd müsahibəyə gəlmədi

56 namizəd müsahibəyə gəlmədi

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ