AzTehsil.com


Xəbərlər / Ziyalılar
04 iyul 2020
1 311


Azərbaycan alimləri beynəlxalq virtual iclasda



Azərbaycan alimləri beynəlxalq virtual iclasda

 

BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının 2011-2020-ci illərə aid Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (GSPC) 1-ci hədəfinin həyata keçirilməsi təşviqinin qlobal təşəbbüsçüsü ABŞ-ın Missuri və Nyu-York Botanika Bağları, Böyuk Britaniyanın Kyu və Edinburq Kral Botanika Bağlarının birgə təsis etdikləri "Dünya Florası Onlayn” (WFO) konsorsiumu hesab olunur.

Konsorsiumun  məqsədi dünyada yayılmış 400 mindən çox damarlı bitki və mamırları ehtiva edən əlçatan məlumat bazasının yaradılmasından ibarətdir və  buraya  əsasən, Amerika, Avropa, Çin olmaqla 40-a yaxın ölkənin aparıcı botanika təşkilatları üzv qəbul olunub. Postsovet ölkələrindən isə beynəlxalq konsorsiumda Rusiya Elmlər Akademiyasının Botanika İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutu bərabərhüquqlu üzv kimi iştirak edir.  

Botanika İnstitutundan bildirilib ki, konsorsiumun üzv təşkilatlarının ali heyətinin - Şuranın ildə iki dəfə iclası keçirilir və işçi qruplar tərərəfindən irəli sürülüən məsələlər ətraflı müzakirə olunur. Belçikanın Meise şəhərində may ayında keçirilməsi planlaşdırılan Şuranın bu ilə  ilk iclası COVİD-19 səbəbindən təxirə salınıb.  Bu baxımdan iclas Şüranın bütün üzv təşkilatlarının iştirakı ilə iyulun ilk günündə  "Zoom” platforması üzərindən virtual şəraitdə baş tutub.

AMEA  Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, institutun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri Rəşad Səlimov "Dünya Florası Onlayn” Şurasının növbəti onlayn iclasına dəvət ediliblər. Tədbirə 42 üzv təşkilatın, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin, İrlandiya, İsveçrə, Avstraliya, Rusiya, Türkiyə, Braziliya və digər ölkələrdən 43 alim qatılıb.

WFO konsorsiumunun həmsədrləri- ABŞ-ın Missuri Botanika Bağının prezidenti Peter Wyse Jackson və Cenevrə Botanika Bağının direktoru, Lozan Universitetinin professoru Pierre-André Loizeau onlayn iclası  açaraq mövcud vəziyyətə dair məlumat verib və konsorsiuma iki yeni üzvün qəbul olunduğunu bildiriblər.

İclasda beynəlxalq konsorsiumun 2019-2020-ci illər üçün nəzərdə tutulmuş işlərinin yerinə yetirilməsi, bitki qruplarına dair taksonomik məlumatların emalı və rəqəmsallaşma, yaxın gələcəyə dair prioritet istiqamətlərin müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub. WFO portalının və taksonomik strukturun yenilənməsi,  yeni məlumatların daxil olması ilə bağlı informasiyaların emalına dair təqdimat müzakirə edilib, təkliflər səsləndirilib. Taksonomik işçi qrupu adından Mark Watson və Alan Elliott (Böyük Britaniya ), texniki işçi qrupundan isə Chuck Miller (ABŞ) və Walter Berendsohn (Almaniya) öz çıxışlarında bildiriblər ki, müxtəlif mənbələrdən əldə olunan informasiyaların emalı zamanı fərqli  ranqlı bitki qruplarında həll edilməyən və açıq qalan müxtəlif məsələlər mövcuddur. Sonda bu istiqamətdə mövcud olan metod və yanaşmaların imkanları ətrafında fikir mübadiləsi aparılıb və Şuranın növbəti onlayn iclaslarında müzakirəsi qərara alınıb.



Загрузка...
Həmçinin oxuyun:
ABC Botanika Bağlarının Beynəlxalq Mühafizəsi təşkilatına üzv seçilib

ABC Botanika Bağlarının Beynəlxalq Mühafizəsi təşkilatına üzv seçilib

"Azərbaycanın çiçəksiz ali bitkiləri” adlı kitabı ingilis dilində

"Azərbaycanın çiçəksiz ali bitkiləri” adlı kitabı ingilis dilində

Botanika İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi

Botanika İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA Naxçıvan Bölməsində onlayn iclas

AMEA Naxçıvan Bölməsində onlayn iclas

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda video iclas keçirilib

Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda video iclas keçirilib

Pandemiya reytinqə necə təsir edib?

Pandemiya reytinqə necə təsir edib?

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

DIM -də imtahanlara hazırlıq məsələləri müzakirə edilib

DIM -də imtahanlara hazırlıq məsələləri müzakirə edilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib