AzTehsil.com


Xəbərlər
10 iyun 2020
1 274


Onlayn müsahibələrə maraq artıb



Onlayn müsahibələrə maraq artıb

 

Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələr davam edir.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması baxımından onlayn müsahibələr xüsusi əhəmiyyətə malikdir. Valideynlərə (qanuni nümayəndələrə) onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılsa da, təsadüfi deyil ki, valideynlər daha çox onlayn müsahibələrə üstünlük verirlər.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə uyğun olaraq onlayn müsahibələrin keçirilməsi valideynlərin və uşaqların rahatlığının təmin olunmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir.

Onlayn müsahibələrdə iştirak etməklə hər bir valideyn koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin etmiş olur.

Onlayn müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərir, uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlamağa zəmin yaradır. Həmçinin onlayn müsahibə hamı üçün əlçatandır, hər kəs istifadə etdiyi kompüter, mobil telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində müvafiq təlimati məlumatlar da yerləşdirilib.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün ənənəvi (canlı) müsahibənin keçirilmə vaxtı hələlik bəlli deyil. Odur ki, ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki "Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir.

Onu da qeyd edək ki, son illər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir. Onlayn müsahibələr

də valideynləri elektron xidmətlərin fəal istifadəçisinə çevirir və elektron xidmətlərlə bağlı yaradılmış imkanlar mövcud şəraitdə ən optimal çıxış yollarından biri kimi özünü göstərir.

! EvdəQalınMüsahibədəİştirakEdin



Загрузка...
Həmçinin oxuyun:
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT

Birinci sinfə qəbul üçün onlayn müsahibələrə start verildi

Birinci sinfə qəbul üçün onlayn müsahibələrə start verildi

Məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələr davam edir

Məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələr davam edir

I sinfə qəbul olunacaq uşaqlar onlayn müsahibədə başlayır

I sinfə qəbul olunacaq uşaqlar onlayn müsahibədə başlayır

Bu gündən rus bölməsi üzrə I sinfə qəbulla bağlı yeni mərhələ başlayır

Bu gündən rus bölməsi üzrə I sinfə qəbulla bağlı yeni mərhələ başlayır

Onlayn müsahibələrə başlanılır

Onlayn müsahibələrə başlanılır

Müəllimlərin onlayn müsahibələrə start verildi

Müəllimlərin onlayn müsahibələrə start verildi

Birinci sinfə qəbul  necə aparılacaq?- RƏSMİ

Birinci sinfə qəbul necə aparılacaq?- RƏSMİ

Nazirlik: Məktəbəhazırlıq qruplarına cəlb ediləcək 5 yaşlı uşaqlar üçün müsahibə nəzərdə tutulmayıb

Nazirlik: Məktəbəhazırlıq qruplarına cəlb ediləcək 5 yaşlı uşaqlar üçün müsahibə nəzərdə tutulmayıb

Müəllimlərlə müsahibələr onlayn keçiriləcək

Müəllimlərlə müsahibələr onlayn keçiriləcək

Regionlar üzrə onlayn müsahibələrə start verilir

Regionlar üzrə onlayn müsahibələrə start verilir

Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün müsahibələr

Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün müsahibələr

Onlayn müsahibələr keçiriləcək

Onlayn müsahibələr keçiriləcək

Bölgələrdə müddətli çalışan müəllimlərlə də onlayn müsahibələr keçiriləcək

Bölgələrdə müddətli çalışan müəllimlərlə də onlayn müsahibələr keçiriləcək

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Təhsil İdarəsi fəaliyyətini məsafədən təşkil edib

Təhsil İdarəsi fəaliyyətini məsafədən təşkil edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO

Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO

Sabahdan müddətli müqavilə ilə çalışan müəllimlərlə müsahibələr başlayır

Sabahdan müddətli müqavilə ilə çalışan müəllimlərlə müsahibələr başlayır

Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin onlayn müsahibələrə qoşulma qaydası açıqlanıb

Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin onlayn müsahibələrə qoşulma qaydası açıqlanıb

Rus bölməsi üzrə birinci sinfə qəbul onlayn formada keçiriləcək

Rus bölməsi üzrə birinci sinfə qəbul onlayn formada keçiriləcək

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

I sinfə qəbul qaydaları açıqlanıb

I sinfə qəbul qaydaları açıqlanıb

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə uşaqların elektron qeydiyyatı