AzTehsil.com


Xəbərlər / Səhiyyə
09 iyun 2020
1 379


Azərbaycanda daha 315 nəfər virusa yoluxdu, 5 xəstə öldü



Azərbaycanda daha 315 nəfər virusa yoluxdu, 5 xəstə öldü

 

Azərbaycanda 315 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Qeyd edək ki, bununla da Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 8191-ə yüksəlib. Onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.



Загрузка...