Xəbərlər, Abituriyent , Şagird
06 iyun 2020

DİM onlayn imtahanların ilk sınağını keçirdi

DİM mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan "ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirilib.

DİM-dən  bildirilib ki, imtahanlar 5 iyun saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilib və ümumilikdə 147  nəfər iştirak edib. 20 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib.

İmtahanlarda iştirak etmək üçün qeydiyyat 4 iyun tarixində DİM-in saytı vasitəsilə aparılıb və 2 saat ərzində icazə verilən 300 nəfərlik yer dolub. İmtahanda iştirak ödənişsiz olub.
İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.

Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.

Gələcəkdə yenidən keçirilməsi nəzərdə tutulan onlayn sınaq imtahanlarında iştirak etmək üçün istifadəçilər "ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar. Proqram təminatını imtahana qeydiyyat zamanı yükləmək mümkün olacaq.

Kompüterdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri isə aşağıdakı linkdə verilib. (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).

Загрузка...
loading...

Həmçinin oxuyun:
XI sinif şagirdlərinin onlayn Azərbaycan dili imtahanının sınaq versiyası hazırlandı - VIDEO

DİM mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün “ProctorDİM” adlı xüsusi proqram təminatı hazırlanıb

Azərbaycan dili fənni üzrə imtahanın keçirilməsi qaydaları

Ödənişsiz onlayn sınaq imtahanlarına 20887 istifadəçi tərəfindən 48411 yazılış qeydə alınıb

DİM: 9-cuların buraxılış imtahanlarının nəticələri 10 günə AÇIQLANACAQ

DİM əməkdaşlarına sosial təcrid üçün fəaliyyətini məsafədən təşkil edir

GRE imtahanında iştirak üçün qeydiyyat davam edir

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarına qeydiyyat davam edir

Dövlət qulluğuna qəbul olmaq istəyən üçün sınaq imtahanı keçiriləcək

Sınaq imtahanına qeydiyyat başa çatır

Sınaq imtahanına qeydiyyat başa çatır

Sonuncu sınaq imtahanına qeydiyyat başlayıb

23124 abituriyent üçün sınaq imtahanı başa çatdı

Sınaq imtahanına qeydiyyat başlayır

Sınaq imtahanına qeydiyyat başlayır

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Sınaq imtahanlarına qeydiyyat başladı

Sınaq imtahanlarına qeydiyyat başladı

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

DİM məlumat yaydı - qeydiyyat başa çatır

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib

DİM ənənəvi üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib