Xəbərlər / Müəllim / Abituriyent
02 aprel 2020
5 844


DİM: 9-cuların buraxılış imtahanlarının nəticələri 10 günə AÇIQLANACAQ

DİM: 9-cuların buraxılış imtahanlarının nəticələri 10 günə AÇIQLANACAQ

 

Dövlət İmtahan Mərkəzinin (DİM) "Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir. DİM-dən  bildirilib ki, yeni dərslər hazır olduqca, müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub.

Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Aprelin 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12239 istifadəçi tərəfindən 23820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).
DİM nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir.
2020-ci il martın 1-də Bakı, Şirvan və Naxçıvan MR-nın ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrinin xüsusi proqram vasitəsilə onlayn yoxlanılma prosesi də davam edir. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

DİM bildirib ki, Təhsil Nazirliyinin sifarişinə əsasən ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üzrə növbəti tədris ili üçün nəzərdə tutulan dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin elektron variantları ekspert qruplarına göndərilib və onların onlayn qaydada elmi-metodiki monitorinqinə də başlanılıb. Monitorinq nəticəsində hər bir dərslik komplekti üzrə məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından yekun rəylər hazırlanacaq.

"Əlavə olaraq qeyd etmək istərdik ki, təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcəkdir”.
Modern.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİM əməkdaşlarına sosial təcrid üçün fəaliyyətini məsafədən təşkil edir

DİM əməkdaşlarına sosial təcrid üçün fəaliyyətini məsafədən təşkil edir

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

DİM Şagird və abituriyentlərə müraciət etdi

DİM Şagird və abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət etdi

Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət etdi

23124 abituriyent üçün sınaq imtahanı başa çatdı

23124 abituriyent üçün sınaq imtahanı başa çatdı

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

Dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi

İmtahanlar təxirə salındı.

İmtahanlar təxirə salındı.

Elektron dərslik portalı ölkənin ən çox izlənən saytları sırasında

Elektron dərslik portalı ölkənin ən çox izlənən saytları sırasında

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

Rezidenturaya sınaq imtahanı ödənişsiz oldu

Rezidenturaya sınaq imtahanı ödənişsiz oldu

Abituriyentlərin NƏZƏRİNƏ: Yeni qəbul modelinə uyğun olaraq sınaq imtahanı keçiriləcək

Abituriyentlərin NƏZƏRİNƏ: Yeni qəbul modelinə uyğun olaraq sınaq imtahanı keçiriləcək

İyula kimi heç bir imtahanın keçirilməyəcəyi məlum deyil

İyula kimi heç bir imtahanın keçirilməyəcəyi məlum deyil

Qəbul imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq -RƏSMİ

Qəbul imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq -RƏSMİ

Azərbaycanda daha bir imtahan təxirə salındı

Azərbaycanda daha bir imtahan təxirə salındı

DİM 9-cuların imtahanları ilə bağlı məlumat yaydı

DİM 9-cuların imtahanları ilə bağlı məlumat yaydı

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

9-cu siniflərin buraxılış imtahanları başa çatdı - Birinci mərhələ

9-cu siniflərin buraxılış imtahanları başa çatdı - Birinci mərhələ

Abituriyentlərin nəzərinə .

Abituriyentlərin nəzərinə .