Təhsil Nazirliyi keçirdiyi tenderinin nəticələrini açıqlayıb
Azərbaycan Respublikası Təhsil Nazirliyi keçirdiyi tenderinin nəticələrini açıqlayıb
Nazirlik 3 tenderə ümümilikdə 6 milyon 898 min 275.82 manat ödəyib. Qeyd edək ki, 3 tenderdən 2-sini "Şərq-Qərb” ASC qazanıb.
Şirkətlərlə aşağıdakı xidmətlər üzrə müqavilə imzalanıb:
"Şərq-Qərb” ASC – 2020-2021-ci tədris ilinə ümumi təhsilin humanitar fənləri üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması – 4 351 035.38 manat
"Şərq-Qərb” ASC – 2020-2021-ci tədris ilinə ümumi təhsilin təbiət fənləri üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması – 1 498 265.41 manat
"Radius” MMC – 2020-2021-ci tədris ilinə nəşr olunan dərsliklərin komplektinə daxil olan müəllim üçün metodik vəsaitlərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması – 1 048 975.03 manat