Xəbərlər / Abituriyent
28 aprel 2020
2 877


DİM -dən şagird və abituriyentlər üçün yeni sınaq imtahanları

DİM -dən  şagird və abituriyentlər üçün yeni sınaq imtahanları

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

Hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 28883 istifadəçi tərəfindən 74334 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Dünəndən  portala 11-ci sinif şagirdləri üçün buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanı modelinə uyğun yeni ödənişsiz sınaq imtahanı, həmçinin 4-cü sinif şagirdləri üçün "Azərbaycan dili” və "Riyaziyyat” dərsliklərinin bütün bölmələri əsasında qiymətləndirmə tapşırıqları yerləşdirilib. Burada "Azərbaycan dili” dərsliyinin 8, "Riyaziyyat” dərsliyinin 6 bölməsinin hər biri üzrə 10 tapşırıq olan test blokları təqdim edilir. Şagirdlər mövzuları necə mənimsədiklərini bu materiallarla yoxlaya bilərlər.

Qeyd edək ki, portalda artıq şagirdlər 4-cü sinifdən başlayaraq 11-ci sinfədək  fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək imkanına malikdirlər.

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə "otk.az”da "Təlimatlar” bölməsində tanış olmaq mümkündür.  

 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ödənişsiz onlayn sınaq imtahanlarına 20887 istifadəçi tərəfindən 48411 yazılış qeydə alınıb

Ödənişsiz onlayn sınaq imtahanlarına 20887 istifadəçi tərəfindən 48411 yazılış qeydə alınıb

Rezidenturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə!

Rezidenturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə!

Pulsuz  imtahanlara qeydiyyat davam edir

Pulsuz imtahanlara qeydiyyat davam edir

Rezidenturaya sınaq imtahanı ödənişsiz oldu

Rezidenturaya sınaq imtahanı ödənişsiz oldu

Daha bir sınaq imtahanı pulsuz oldu

Daha bir sınaq imtahanı pulsuz oldu

İyula kimi heç bir imtahanın keçirilməyəcəyi məlum deyil

İyula kimi heç bir imtahanın keçirilməyəcəyi məlum deyil

Abituriyentlər otk.az portalında bütün istiqamətlər üzrə onlayn sınaq imtahanı verə biləcəklər

Abituriyentlər otk.az portalında bütün istiqamətlər üzrə onlayn sınaq imtahanı verə biləcəklər

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

DİM: 9-cuların buraxılış imtahanlarının nəticələri 10 günə AÇIQLANACAQ

DİM: 9-cuların buraxılış imtahanlarının nəticələri 10 günə AÇIQLANACAQ

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Sınaq imtahanına qeydiyyat başlayır

Sınaq imtahanına qeydiyyat başlayır

İmtahanlar təxirə salındı.

İmtahanlar təxirə salındı.

DİM əməkdaşlarına sosial təcrid üçün fəaliyyətini məsafədən təşkil edir

DİM əməkdaşlarına sosial təcrid üçün fəaliyyətini məsafədən təşkil edir

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Aprelin 1-də keçirilən sınaq imtahanının nəticələri açıqlandı

Aprelin 1-də keçirilən sınaq imtahanının nəticələri açıqlandı

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

İkinci sınaq imtahanına yazılış başlayıb

İkinci sınaq imtahanına yazılış başlayıb

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

İmtahanlara qeydiyyat başlanılıb

İmtahanlara qeydiyyat başlanılıb

Sınaq imtahanlarına qeydiyyat başladı

Sınaq imtahanlarına qeydiyyat başladı

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Sınaq imtahanının nəticələri açıqlanıb

Sınaq imtahanının nəticələri açıqlanıb