AzTehsil.com


Xəbərlər / Valideyn
06 aprel 2020
1 497


I sinfinə 34591 sorğu yerləşdirilib



I sinfinə 34591 sorğu yerləşdirilib

 

Aprelin 6-na (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə 34591 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Trend-in sorğusuna cavab olaraq bildirib ki, 2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarına 24722 uşaq cəlb olunduğundan onların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib. Bununla da paytaxt üzrə I sinfə ümumilikdə 34591 uşaq üçün sorğu yerləşdirilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 82 faizindən çoxdur.

2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla).

Tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin vaxtı ilə bağlı valideynlərə SMS vasitəsilə əlavə məlumat verilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər "Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki "Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər.

Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.

Onu da qeyd edək ki, 2020-ci ildən ölkə üzrə ümumi təhsil müəssisələrində I sinfə şagird qəbulu elektron qaydada həyata keçirilir. I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.



Загрузка...
Həmçinin oxuyun:
I siniflərin elektron qeydiyyatı tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib

I siniflərin elektron qeydiyyatı tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi

Alternativ qeydiyyat mərkəzlərinin iş bu qaydada davam edəcək.

Alternativ qeydiyyat mərkəzlərinin iş bu qaydada davam edəcək.

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə uşaqların elektron qeydiyyatı

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

I sinfə şagird qəbulu və tətbiq olunan yeniliklər

I sinfə şagird qəbulu və tətbiq olunan yeniliklər

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

I sinfə qəbulla bağlı sualı olanlar bura müraciət etsin!

I sinfə qəbulla bağlı sualı olanlar bura müraciət etsin!

I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ

I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ

Bakıda I sinfə qəbul üçün 37319 sorğu yerləşdirilib

Bakıda I sinfə qəbul üçün 37319 sorğu yerləşdirilib

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48215 şagird elektron qeydiyyatdan keçib

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48215 şagird elektron qeydiyyatdan keçib

I sinfə şagird qəbulu davam edir

I sinfə şagird qəbulu davam edir

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır

Birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?