AzTehsil.com


Xəbərlər
12 mart 2020
1 304


Bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr üçün yenilik



Bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr üçün yenilik

 

Ali məktəblərdə bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr üçün sərbəst işə ayrılan vaxtın həcmi ilə bağlı məhdudiyyət aradan götürülüb.

Bununla əlaqədar "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na (Bakalavriat Qaydaları) dəyişiklik edilib. Bakalavriat Qaydalarına edilən dəyişiklik tələbələr üçün sərbəst işin təşkili ilə bağlıdır. Belə ki, kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə də xidmət edir.

Bakalavriat Qaydalarının əvvəlki redaksiyasına əsasən, sərbəst işə ayrılan vaxtın həcmi ilə bağlı "50 faizdən az olmamaq” kimi tələb qoyulub. Bu isə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na (bundan sonra Kredit Qaydalari) ziddir. Bu səbəbdən Bakalavriat Qaydalarında müvafiq dəyişikliklər edilib. Artıq tələbələr üçün sərbəst işin təşkili Kredit Qaydalarına əsasən tənzimlənəcək. Bu qaydaya əsasən, tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq, ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyənləşdirilir.  

"Magistratura təhsilinin məzmunu, təşkili və "magistr” dərəcələrinin verilməsi Qaydaları”na (Magistratura Qaydaları) edilən dəyişikliklərin əsas hissəsi əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma növü ilə bağlıdır. Belə ki, tədrisə qismən cəlb olunan tələbələrin tədrisini təşkil etmək baxımından təhsil müddəti və məcburi auditoriya saatları ilə bağlı bəndlərə müvafiq düzəlişlər edilib. Belə ki, əyani təhsilalma formasının tədrisə tam cəlb olunma növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi əvvəllər olduğu kimi, ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.



Загрузка...
Həmçinin oxuyun:
Ali təhsilin sərbəst (eksternat) təhsilalma forması ləğv edilib

Ali təhsilin sərbəst (eksternat) təhsilalma forması ləğv edilib

Baş nazirdən magistratura ilə bağlı QƏRAR – Qaydalar dəyişdi

Baş nazirdən magistratura ilə bağlı QƏRAR – Qaydalar dəyişdi

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Universitetlərdə “sərbəst iş” üçün mövcud olan tələblər  ləğv edilib.

Universitetlərdə “sərbəst iş” üçün mövcud olan tələblər ləğv edilib.

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Ali məktəblərdə yay semestrində tələbələrin götürəcəyi fənlər üzrə kreditlərin sayı artırılıb

Ali məktəblərdə yay semestrində tələbələrin götürəcəyi fənlər üzrə kreditlərin sayı artırılıb

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinə tədrisin təşkili sahəsində müstəqillik verilib

Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinə tədrisin təşkili sahəsində müstəqillik verilib

Nazirlər Kabinetindən təhsillə bağlı - QƏRAR

Nazirlər Kabinetindən təhsillə bağlı - QƏRAR

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edildi

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edildi

Yeni ixtisaslar yaradıldı

Yeni ixtisaslar yaradıldı

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB