Xəbərlər / Magistr
23 fevral 2020
2 639


Magistraturaya qəbul imtahanının nəticələri 3 gün ərzində açıqlanacaq

Magistraturaya qəbul imtahanının nəticələri 3 gün ərzində açıqlanacaq

 

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı keçirib

 


DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılıb.

İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı "ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər.

Əvvəlcədən məlumat verildiyi və imtahan iştirakçılarının yaddaş kitabçasında qeyd olunduğu kimi saat 10:45-dən sonra imtahana gələn şəxslər imtahan binasına buraxılmayıblar. Təlimata əsasən imtahan binasına buraxılış rejimi imtahanın başlanmasına 15 dəqiqə qalmış başa çatır. Bundan sonra gələn namizədlər imtahana buraxılmır. DİM tərəfindən keçirilən imtahanlarda iştirak edən şəxslər bunu nəzərə almalıdırlar.

DİM imtahanlarda sağlamlıq imkanları məhdud namizədlərin iştirakının təmin edilməsi məqsədilə daim əlverişli şərait yaradır. Lakin sağlamlıq imkanları məhdud olan şəxslər vaxtında DİM-ə müraciət etməlidirlər. İmtahana az müddət qalmış və ya imtahan günü belə müraciətlər olduqda onların təmin olunması çətinləşir və bəzən mümkün olmur.

Fevralın 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 24-26 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. (Azedu)
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq -RƏSMİ

Qəbul imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq -RƏSMİ

Buraxılış imtahanı bitdi: nəticələr yaxın günlərdə elan ediləcək

Buraxılış imtahanı bitdi: nəticələr yaxın günlərdə elan ediləcək

İyulun 18-i keçirilən imtahanda bəzi abituriyentlər imtahana buraxılmayıb

İyulun 18-i keçirilən imtahanda bəzi abituriyentlər imtahana buraxılmayıb

Imtahanının II mərhələsi başa çatıb.

Imtahanının II mərhələsi başa çatıb.

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

Bu abituriyentlər imtahandan QOVULDU

Bu abituriyentlər imtahandan QOVULDU

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

DİM bu rayonlarda buraxılış imtahanı keçirib

DİM bu rayonlarda buraxılış imtahanı keçirib

I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb

I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb

Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib

DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib

DİM-dən 7 mayda imtahan vermiş abituriyentlərə TÖVSİYƏ

DİM-dən 7 mayda imtahan vermiş abituriyentlərə TÖVSİYƏ

Sabah magistraturaya sınaq imtahanı keçiriləcək

Sabah magistraturaya sınaq imtahanı keçiriləcək

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı

İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı

DİM keçid ballarını aşağı saldı

DİM keçid ballarını aşağı saldı

1-ci və 4-cü qruplara imtahan vermiş abituriyentlərin nəzərinə

1-ci və 4-cü qruplara imtahan vermiş abituriyentlərin nəzərinə

Bu gün magistraturaya qəbul imtahanı keçirilir

Bu gün magistraturaya qəbul imtahanı keçirilir

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

İyulun 22-də imtahanda iştirak edən abituriyentlərin nəzərinə...

İyulun 22-də imtahanda iştirak edən abituriyentlərin nəzərinə...

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!