Xəbərlər
12 fevral 2020
1 222


SABAH IV Karyera Qış Məktəbinə start verilib

SABAH IV Karyera Qış Məktəbinə start verilib

 

SABAH Karyera Akademiyası çərçivəsində Şamaxıda SABAH IV Karyera Qış Məktəbinin təlimlərinə start verilib.

SABAH IV Karyera Qış Məktəbində 76 tələbə iştirak edir. Üç gün ərzində tələbələr gələcək karyera istiqamətləri üzrə müxtəlif təlimlərdə iştirak edəcəklər. Qış Məktəbində təşkil edilən təlim və seminarlar işədüzəlmə, akademik fəaliyyət və sahibkarlıq mövzularını əhatə edir.

Təlimin birinci günündə "Karyerada dəyişikliklərin idarə olunması”, "Startap qurum yoxsa iş axtarım?”, "Alimliyə gedən yol”, "Layihələrin idarə olunması” və digər istiqamətlər üzrə SABAH Karyera Akademiyasının tərəfdaş şirkət və qurumlarının ("ATL Tech", "Kapital Bank", "Rabitə Bank", "GoldenPay" və s.) peşəkar əməkdaşları tərəfindən təlimlər keçirilib.

Qış Məktəbində əlavə olaraq, ixtisasından asılı olmayaraq bütün tələbələri maraqlandıran "Emosional intellekt”, "Əmək qanunvericiliyi” mövzularında seminarlar da keçiriləcək. 

Karyera Qış Məktəbi çərçivəsində həmçinin ali təhsil müəssisələrində SABAH Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə "Data vizuallaşdırılması və infoqrafika”, "Yeni universitet identikliyi” və "Ali təhsilin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzuları ətrafında seminarlar təşkil olunur.

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.

SABAH Karyera Akademiyası məzun olmağa hazırlaşan SABAH tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.
edu.gov.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH IV Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH IV Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH qrupları 2400-dən çox tələbəni əhatə edir

SABAH qrupları 2400-dən çox tələbəni əhatə edir

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

SABAH tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub

SABAH tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

V SABAH Tələbə Debat Forumu

V SABAH Tələbə Debat Forumu

"Mən SABAHın məzunuyam”

"Mən SABAHın məzunuyam”

Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə

Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

Karyera planlama təlimləri davam edir

Karyera planlama təlimləri davam edir

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim keçirilib

SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim keçirilib

ADA Universitetində Karyera Yarmarkası keçirilib

ADA Universitetində Karyera Yarmarkası keçirilib

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Sabah ali məktəbə imtahan verəcəkdilər – Bu gün qəzada öldülər

Sabah ali məktəbə imtahan verəcəkdilər – Bu gün qəzada öldülər

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

SABAH tələbələrinin layihəsində iştirak etdikləri “Üzən körpü” Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir

SABAH tələbələrinin layihəsində iştirak etdikləri “Üzən körpü” Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir