Xəbərlər / Müəllim
22 yanvar 2018
2 383


SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənləri tədris etmək üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu üzrə müsabiqə başa çatıb.


Nazirlikdən verilən məlumata görə, müsabiqənin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılması və yeni kadrların tədrisə cəlb olunmasıdır.


Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində müsabiqəyə ali təhsil müəssisələrinin müəllimləri, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlar və sənaye şirkətlərinin mütəxəssisləri cəlb edilib. Mütəxəssislərin tədrisə cəlbi məqsədilə müvafiq qurumlara müraciətlər olunub.


Müsabiqəyə 500-dən artıq namizəd müraciət edib və onlardan 200 nəfəri ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcək. Yekun nəticələr yaxın günlərdə məlum olacaq.


Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir.


SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir, tələbələrə 400-dən artıq professor-müəllim heyəti dərs deyir. 2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə

Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə

Professor-müəllimlər işə dəvət olunur

Professor-müəllimlər işə dəvət olunur

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

SABAH qruplarına informasiya texnologiyaları mühəndisliyi üzrə tələbə qəbulu elan olunub

SABAH qruplarına informasiya texnologiyaları mühəndisliyi üzrə tələbə qəbulu elan olunub

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

Sabah ali məktəbə imtahan verəcəkdilər – Bu gün qəzada öldülər

Sabah ali məktəbə imtahan verəcəkdilər – Bu gün qəzada öldülər

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ildən-ilə artır

Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ildən-ilə artır

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq