Koronavirusdan sonra saç tökülməsinin qarşısını necə ala bilərik? - Mütəxəssis açıqladı
Rusiyalı həkim-nevroloq, terapevt Dmitri Şubin koronavirus infeksiyasından sağalandan sonra saç tökülməsindən müəlicə üsullarını açıqlayıb.
Onun sözlərinə görə, COVID-19 infeksiyasına yoluxmuş insanların 40 faizi saç tökülməsi ilə üzləşir.
Mütəxəssis qeyd edir ki, bu, koronavirusun saçları qidalandıran damarlarda mikrotromboza səbəb olması ilə əlaqədardır:
“Buna görə saçlar qidalanmağı dayandırır və tökülməyə başlayır”.
Həkim deyir ki, yeyilən molyuskalar, günəbaxan yağı və qaz qaraciyəri kimi məhsullar saç tökülməsinə qarşı təsirlidir. Yeyilən molyuskaların tərkibində saçları qidalandıran qan damarlarının erkən yaşlanmasının qarşısını alan sink mövcuddur. Sinkin təsiri altında olan damarların divarı uzun müddət elastik olaraq qalır. Bir yeyilən molyuska bədəndə lazım olan sink miqdarını bir neçə gün doldurmaq üçün kifayət edir.
Mütəxəssisə görə, saç tökülməsindən xilas edən başqa bir məhsul günəbaxan yağıdır - tərkibində saç köklərini zədələnmədən qoruyan E vitamini var.
Şubin qaz qaraciyərinin tərkibində saç köklərinə oksigenin çatdırılmasını təmin edən dəmirin olduğunu qeyd edib:
“Orqanizmdəki dəmir çatışmazlığını ödəmək üçün yalnız 70 qram qaz qaraciyərinə ehtiyacınız var”.
Mənbə: Lenta.ru