Müəllimlərin nəzərinə! – Əgər bunları etməsəniz, işə qəbul olunmamış sayılacaqsınız
Xəbər verdiyimiz kimi, müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmənin nəticələri məlum olub.
İnsan Resursları Mərkəzindən verilən məlumata görə, müddətli müqavilə əsasında işə qəbul olan müəllimlər şəxsi səhifələrində qeyd edilən vaxtadək tələb olunan sənədləri aidiyyəti üzrə təqdim etməlidirlər.
İnternat məktəblərə və Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinə işə qəbul olmuş müəllimlər sənədlərini həmin məktəblərə, digər vakant yerlərə işə qəbul olmuş müəllimlər isə aidiyyəti yerli təhsili idarəetmə orqanlarına təqdim etməlidirlər.
İşə qəbulun nəticəsinə dair çıxarışın sənədləri qəbul edən müəssisə tərəfindən təsdiq olunması mütləqdir. Çıxarış təsdiq olunduğu anda müddətli müqavilə əsasında işə qəbul olmuş müəllimlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilir.
Şəxsi səhifəyə həmin məlumat gəlmədiyi halda sənədləri təqdim etdiyiniz müəssisədən çıxarışın təsdiq olunmasını tələb etməlisiniz. Əks təqdirdə qəbul olduğunuz yer sistemdə vakant olaraq görünəcək.
AzEdu.az-a