Xəbərlər
28 avqust 2019
1 602


Tələbə köçürmələri ilə bağlı ən çox verilən suallar və cavabları

Tələbə köçürmələri ilə bağlı ən çox verilən suallar və cavabları

 

 

Son günlərdə tələbələrin ən çox maraqlandığı məsələlərdən biri tələbə köçürmələriylə bağlıdır.


Proses Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. 

 


Köçürülmə prosesi Azərbaycanın bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.


Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir.

Tələbə köçürülmək üçün bir semestr ərzində  transfer.edu.az saytında yalnız bir dəfə qeydiyyatdan keçə bilər.


Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi universitetin müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Yəni, tələbənin təhsil aldığı ixtisas II qrup üzrədirsə, o I qrupun ixtisası üzrə köçürülə bilməz.


Lakin…


II və III ixtisas qruplarında müəyyənləşdirilmiş "tarix və coğrafiya müəllimliyi”, "tarix müəllimliyi” və "tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş "beynəlxalq münasibətlər” və "regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir.


Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.


Köçürülmək istəyən tələbə aşağıda qeyd olunan sənədləri toplamalıdır:


 - tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);


- təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);


- ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);


- köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən);


- beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);


- təhsil haqqı borcunun olmamasına dair arayış. 

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq

Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq

Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu bu gün başa çatır

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu bu gün başa çatır

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi başladı

Tələbələrin köçürülməsi başladı

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başladı - QAYDALAR

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başladı - QAYDALAR

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Elektron sənəd qəbuluna başlanılacaq.

Elektron sənəd qəbuluna başlanılacaq.

Sabahdan tələbə köçürülmələrinə başlanılır

Sabahdan tələbə köçürülmələrinə başlanılır

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Elektron sənəd qəbulunun bitməsinə 3 gün qalıb.

Elektron sənəd qəbulunun bitməsinə 3 gün qalıb.

Elektron sənəd qəbulu başa çatıb.

Elektron sənəd qəbulu başa çatıb.

Çətin şərtlər, dolaşıq imtahanlar

Çətin şərtlər, dolaşıq imtahanlar

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Bu tələbələrin qəbul imtahanında topladığı balı nəzərə alınmayacaq - SƏBƏB - VİDEO

Bu tələbələrin qəbul imtahanında topladığı balı nəzərə alınmayacaq - SƏBƏB - VİDEO

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir