AzTehsil.com


Xəbərlər / Səhiyyə / Maraqlı
11 avqust 2019
3 490


Arıq qalmaq istəyənlər üçün ən münasib tərəvəz



Arıq qalmaq istəyənlər üçün ən münasib tərəvəz

 

 
Badımcan birillik bitkidir. Gülləri bönövşəyi rəngdə və meyvəsi isə qara, bənövşəyi, sarı və ağ rənglərdə olur.

Badımcan kartof ailəsinə aid tərəvəzdir. Çox qədim zamanlarda Hindistanda əkilmiş və sonra da başqa ölkələrə gətirilmişdir.

Badımcanın tərkibində A, B, C vitaminləri vardır. Bundan başqa bu faydalı tərəvəzin tərkibi maqnezium, kalsium, fosfor, dəmir, manqan və kalium elementləri ilə də zəngindir.

Badımcanın faydaları:

1. Kalorisi az olduğuna görə arıq qalmaq istəyənlər üçün ən münasib tərəvəzdir.

2. Badımcanı tam yetişmiş şəkildə yemək lazımdır. Belə ki, yetişməmiş badımcan çox acı olur. Badımcan yumşaltma xasiyyətinə malikdir.

3. Badımcanın tərkibində dəmir olduğu üçün qan azlığını aradan qaldırar.

4. İltihabı aradan qaldırması üçün badımcanı həmin üzvün üzərinə qoymaq olar.

5. Badımcan zəhərli göbələk üçün ən münasib əks-zəhərdir.

6. Badımcan insanı ürək infarktından qoruyar.

7. Badımcan qəbizliyi aradan qaldırar.

8. Badımcanın yarpağını və qara dərisini qaynatsanız, ishala kömək edər.

9. Badımcanın kökünü qaynadan zaman astma xəstəliyinə çox yardım edər.

10. Badımcan mədə tonikidir.

11. Badımcana duz vuran zaman ondan ayrılan sarı su əl və ayaq tərləmələri üçün faydalıdır.

12. Əgər badımcanı yandırsanız və sirkə ilə qarışdırsanız ziyil üçün ən yaxşı dərman olar.

13. Badımcandan sümük sınıqlarının ağrısını azaltmaq üçün istifadə edə bilərsiniz. Badımcanı elektrik sobasına qoyun və yarım bişmiş halda suyunu sıxın. Sonra həmin suya bir qədər qəhvə şəkəri əlavə edib için.

 
Badımcanı bişirməmişdən qabaq onun acı suyunu çıxardın və sonra bişirin. Göz xəstələri yaxşı olar ki, badımcanı ətlə və ya sirkə ilə bişirsinlər. Çünki əks halda xəstəliklərini kəskinləşdirə bilər.



Загрузка...